“Müəllim şagirdlərlə ayır-ayrılıqda danışmalıdır”.
Bunu Moderator.az-a açıqlamasında Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudov müəllim şagird münasibətləri haqda danışarkən deyib. R.Mahmudov bildirib ki, şagird müəllimini sevməlidir:
“Müəllim ata deməkdir, o, uşaqlarla ayrıca danışmalıdır. Tibb Universitetində dərs deyirəm, tələbələrim yekə kişilərdir, onlarla da ayrıca söhbətlər edirəm. Müəllim gərək elə danışsın ki, şagird ona qulaq assın. Tələbə müəllimini sevməsə, qəti onun dərsini oxuya bilməz”.
Xatırladaq ki, sosial şəbəkədə və saytlarda 12 nömrəli Bakı Peşə Liseyində müəllimlə şagirdin mübahisələrini əks etdirən video görüntülər yayılıb. Məlumatda bildirilir ki, 307 nömrəli qrupda təhsil alan şagird Elvin Xəlilov ilə liseyin istehsalat-təlim ustası Oktay Alahverdiyev arasında mübahisə yaşanıb. Buna səbəb isə uşaqların sinifdə səs salması olub.