Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçiriləcəkdir

2019-cu ilin 30 iyun – 10 iyul tarixində keçiriləcək UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasına Bakı ev sahibliyi edəcəkdir.

Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında dünyanın 180-dan artıq ölkəsindən 2500 nəfərdən çox nümayəndə iştirak edəcəkdir.

Mühüm əhəmiyyətə malik olan bu tədbir dünya xalqlarının kimliyini və tarixi yaddaşını ifadə edən maddi və təbii irs nümunələrinə, ən qədimi abidələrə olan dəyəri özündə əks etdirir.

Bu tədbirə ev sahibliyi etmək və eyni zamanda Komitəyə sədrlik etməklə Azərbaycan Respublikası dünya xalqlarının mədəniyyət tarixində öz müsbət izini qoyacaq. Komitənin Bakı sessiyasında dünya mədəni irs siyahısına daxil etmək üçün təqdim olunmuş 42 təklifdən sadəcə 36 təqdimatı nəzərdən keçiriləcək. da təklifi daxil olan 36 təqdimatdan 6-nın təbiət, 28-nın mədəniyyət və 2-nin qarışıq (yəni həm təbiət, həm də mədəniyyətə aid) olacaq.

Azərbaycan Respublikası 1992-ci ildə UNESKO-ya üzv qəbul edilmiş,1996-cı ildə isə UNESKO və Azərbaycan arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Bakı şəhərinin tarixi mərkəzi olan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Şirvanşahlar Sarayı Kompleksi ve Qız Qalası 2000-ci ildə, Qobustan Milli Tarix – Bədii Qoruğu isə 2007-ci ildə Ümumdünya irsi siyahısına salınmışdır və artıq bu il ölkəmiz Şəkinin Xan Sarayı ilə birgə şəhərin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına salınmasını təklif edib.

UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasında muxtəlif olkələrin nazirləri,təşkilatlarının baş direktorları, bir çox beynəlxalq təşkilatların Azərbaycanda akkreditə olunmuş nümayəndə və səfirləri, Azərbaycan hökumətinin nümayəndələri iştirak edəcək.

Ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən belə bir qərarın qəbul olunması Azərbaycan Respublikası Prezidenti  İlham Əliyevin rəhbərliyi altında yürüdülən uğurlu xarici siyasət, Birinci vitse-prezident, UNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi və qayğısı, Azərbaycan Respublikası Xarici İşlər və Mədəniyyət nazirliklərinin birgə fəaliyyəti nəticəsində ölkəmizin UNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir.

Qeyd edək ki. tədbir UNESKO və BMT-nin saytı vasitəsilə birbaşa yayımlanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.