İqbal Baba. Bu imza çoxlarına tanışdır. Vətən həsrətli şair və nasir İqbal Baba 26 ildir düşmən tapdağında inləyən Kəlbəcər rayonunun Çəpli kəndində 1945-ci ilin 12 avqustunda dünyaya göz açıb. Qələbə sevinci ilə doğulan şair bilmirdi ki, illər keçəndən sonra bu sevincdən mərhum olacaq. 1993-cü ildə 53340 sakindən biri də İqbal Baba idi ki, öz doğma yurd-yuvasını məcburi tərk edib qaçqın adının daşıyıcılarından olan İqbal Baba uzun illər Kəlbəcər rayon icra nümayəndəliyində işləyib və dil-ədəbiyyat müəllimi kimi fəaliyyət göstərib. İqbal Babanın bu günə kimi 6 kitabı işıq üzü görüb. 2001-ci ildə “Bir də uşaq olaydım”şeirlər kitabı, 2001-ci ildə poemalardan ibarət “Lənət dağı” və “Murov dağın müsibəti” kitabı, 2013-cü ildə “Kəlbəcər həsrəti”, 2017-ci ildə “Sönməyən ocaqlar” roman triologiyası, 2017-ci ildə “Məni niyə tanımadın?”-şeirlər kitabı, 2018-ci ildə “Ömrün itən illəri” şeirlər kitabları çapdan çıxıb. Hazırda “Baba yurdu “romanı çapa yığılır. Hər kitabında vətən həsrəti, yurd – yuva ağrısı öz əksini tapmışdır. Onun “SÖNMƏYƏN OCAQLAR” adlı roman triologiyası tarixi faktlara söykənən bir ailənin həyatını, keçmişini işıqlandırır. Sizlərə təqdim etdiyimiz klip İqbal Babanın yenicə işıq üzü görmüş əsəridir. “KƏNDİMİZİ İSTƏYİRƏM” adlı şeiri “ÖMRÜN ÖTƏN İLLƏRİ” adlı kitabındandır. Şeirdə də doğma kəndinin həsrəti, bu günün ağrısı, acısı açıq – aydın biruzə olunur. Buyurun, sizləri “KƏNDİMİZİ İSTƏYİRƏM” şeir-klip ilə baş – başa buraxırıq. Son söz təbii ki, seyrçilərindi.
ELTUN TÜRKEL.
“KƏNDİMİZİ İSTƏYİRƏM”
İqbal Baba
Çocuk gözeleri ve duyğulu klipdir!!!