Rektor öz tələbələrinə müraciət etdi: Kimsə Sizlərə qarşı ədalətsizlik edə bilməz. Uğurlar!!!

Dünən ADAU-nun rektoru prof. İbrahim Cəfərov özünün facebook səhifəsində Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələrinə müraciət ünvanlamışdır. Etmtv. news bu müraciəti olduğu kimi oxuculara təqdim edir.

– “Əziz tələbələr, hörmətli valideynlər, sabah iyun ayının 3-dən başlayaraq Azərbaycan Dövlət Aqrar Universitetində 2018-2019 -cü tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayır. Boloniya tədris prosesinin tələblərinə uyğun olaraq universitetimizdə bu semestrin imtahanları test və şifahi üsullarla keçiriləcəkdir. İmtahan prosesinə hazırlıq səviyyəsində heç bir problem yaşanmamalıdır. Sessiyaya bir ay qalmış tələbələrin daha yaxşı hazırlığı üçün suallar verilmiş, imtahanların test və ya şifahi keçirilməsi barədə də tələbələrlə məsləhətləşmələr aparılmışdır, onların bütün arzuları nəzərə alınmışdır. Appelyasia və imtahanlara nəzarət komissiyaları yaradılmışdır. Hər şey şəffaflıq naminədir. Son 15 gündə Kənd Təsərrüfatı Naziri cənab İnam Kərimov da 2 dəfə universitetimizdə olmuş, müxtəlif tələbə qrupları ilə görüşlər keçirmiş, tədbirlərdə iştirak etmişdir. Cənab Nazirin də tələbi universitet həyatının tam şəffaflaşdırılmasıdır və bu istiqamətdə illərdir ki, iş aparılır. Qeyd etmək istəyirəm ki imtahan prosesi hamı üçün açıqdır, valideynlər, KİV nümayəndələri, ictimaiyyətin istənilən üzvü prosesi auditoriyalarda açıq izləyə bilər.
Əziz tələbələrim, iş qalır Sizlərə, Sizlər semestr ərzində topladığımız bilikləri nümayiş etdirin, nəyə qadir olduğunuzu göstərin, çünki aqrar sahədə mövcud olan minlərlə iş yerləri Sizləri gözləyir. Bu imtahan prosesində də hər dəqiqə yanınızdayam, kimsə Sizlərə qarşı ədalətsizlik edə bilməz. Uğurlar!!!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.