MƏHBUBƏ HƏSƏNOVANIN GÖZƏLLİK DÜNYASI

 

İncəsənət insan fəaliyyə­ti­nin obrazlı təzahü­rü­dür. Bir çox insanlar bu yolla özünün mənəvi aləmini büruzə verir. Dekorativ-tətbiqi sənət nümunələrində bu təzahür daha qabarıq şəkildə or­taya qoyulur.

Dekorativ-tətbiqi sənət də bədii yaradıcılığın növlərindən biridir. Onda insanın gerçəklik, zaman və mühitə olan estetik münasibətin qanunauyğun­luq­ları öz təzahürünü tapır. Bu, heykəltaraşlıqda, rəs­sam­lıqda, arxitekturada da öz əksini tapa bilər.

İncəsənət ic­ti­mai şü­­urun forma­la­rın­dan biri ol­maq­la, insa­nın mənəvi alə­­minin, onun həyata bə­dii-es­te­tik münasibəti­nin ək­si­dir. Onun müxtəlif növ­­­­ləri möv­cud­dur. Bun­la­rın arasında bo­yakarlıq, qrafika, heykəl­ta­raşlıq və de­korativ- tətbiqi sənət təs­viri sənətə aid edilir.

Dekorativ-tətbiqi sə­nət nümunələri ecazkar bir dün­yadır. Bizlər ömrü bo­yu bu sə­nət əsərlərinin əha­təsin­də­yik. O, xalq sənə­tinin yara­dı­cılıq mənbəyidir. Bu sənət müx­­təlif dövrlərdə və cəmiy­yət­­lərdə həmişə öz mahiyyə­tini qoruyub saxlaya bil­mişdir. Müasir dövrdə də bu sənət yaşamaqdadır. Ya­ra­dı­lan sənət əsərləri müasirliklə uyğunlaşaraq, öz dəyərli ye­rini tutmaqdadır. Hal-hazırda bu xalq sənəti çoxəsrlik ən­ənələri və milli-mədəni irsimizi qoruyur, inkişaf etdirir, nəsildən-nəslə ötürərək, yaşadır. O, xalq yaradıcılığında gözəlliyin əsas ifadə vasitəsidir, təbiəti tərənnüm edən for­­ma, naxış və ornamentlərlə dolu bir gözəllik dün­ya­sıdır.  Bu gözəllik dünyasını bizlərə bəxş edən insanlar bu gün də vardır. Biz onların əl işlərinə böyük zövqlə ba­xırıq, sevinirik, həyatımıza rəng qatan, onu gözəlləşdirən insanları çox vaxt yaxından tanımadan belə, onlarla fəxr edirik. Sevinirik ki, bizdə də bu sənəti yaşadanlar, belə sə­nətkarlar vardır, onların əl işləri ölkəmizdə və ölkə­miz­dən kənarda sərgiləri bəzəyir.

Bu gözəlliyi yaradanlar öz qabiliyyəti ilə xalqı­mı­zın milli-mənəvi sərvəti olan bu sənət nümunələri ilə xalq sənətini hələ də yaşadırlar, onu sevdirirlər. Belə insanlar­dan biri də Gəncə Dövlət Rəsm Qalereyasının fond mü­diri, dekorativ-tətbiqi sənət ustası, Azərbaycan Rəssamlar İttifaqının  üzvü  Məhbubə Zaman qızı Həsənovadır.

Onu istənilən zaman iş başında görmək olar. Da­im çalışır, boş vaxtı, demək olar ki, yoxdur. Yaradıcılıq onun həyatına hakim kəsilmişdir. Ya­rat­dığı sənət əsərləri həmişə tədbirləri, sərgiləri bəzəyir. Bu əsərlər heç vaxt bir-birini təkrarlamaz, özünə­məx­sus­lu­ğu ilə seçilər. Məhbubə xanımda  bu qabiliyyət  allahın  ona bəxş et­diyi bir vergidir.

Şəkildə: Qədim Gəncə. Ağac üzərində oyma. M.Həsənovanın əl işi.

 Şəkildə: Qarışıq texnika. M.Həsənovanın əl işləri.

Məhbubə xanım öz üzərində çalışmaqla dekora­tiv – tətbiqi sənətin sirlərinə yiyələnmişdir.  Sahəsi üzrə ali təhsil almaq ona qismət olmasa da, o, ruhdan düşməyib, sənətdə, bəlkə də heç ki­min edə bilmədiyini, bacarmadığını etməyə müvəffəq olub. Çox illik gərgin zəhmət, əmək, öyrənmək və yarat­maq həvəsi, həyatda ona bütün çətinliklərə sinə gərməyə, sə­nətdə yüksəlməyə, yaradıcılıq qabiliyyətinin ən yüksək pil­ləsinə çatmağa – sənətkar adını qazanmağa kömək edib.

İndi o, Respublikamızda tanınmış dekorativ – tətbi­qi sənət ustalarından biridir. Öz peşəsinə vurğunluq Məh­bubə Həsənovanı əsl sənət ustası kimi tanıtdırmışdır. O, ümumşəhər, eyni zamanda respublika səviyyəli tədbir­lərdə və sərgilərdə, yaratdığı müxtəlif növ sənət əsərləri ilə şəhərimizi və ölkəmizi  layiqincə  təmsil  edir.

Yaradıcılıq insan daxilində insanın mənəvi alə­mini daha da gözəlləşdirir. Məhbubə xanım, bu gözəlliyi öz əməyi ilə digər insanlarla bölüşür. İstənilən sənət əsə­rində yaradıcı insanın daxili aləmi, düşüncələri, fikirləri əks olunur. Sadəcə, onu duymaq, bu aləmə diqqətlə nəzər yetirmək yetər ki, bu əsərləri yaradan  insanların mənəvi aləminə  baş vura biləsən.

Bu sənətdə zaman və məkan münasibətlərinə özü­nə­məxsus baxış bucağı vardır. Bu aləmdə insanın ətraf mü­hitə, zamana və məkana xüsusi estetik yanaşması möv­cuddur. Bu təzahür özünü arxitekturada, rəng­kar­lıq­da, heykəltəraşlıqda, rəssamlıqda da göstərə bilər. Hər şeydən əvvəl bu, gözəllik adlanan aləmin təzahürü və qa­nu­nauyğunluğudur. Eyni zamanda da, insanın insanlara ün­­vanladığı bir zəhmətin və əməyin təzahürü, onlarla bö­lüşdüyü  gözəlliyin bir parçasıdır.

Məhbubə xanım, bu sənəti, milli-mənəvi dəyər­lə­ri­mizi yaşadan və bu dəyərləri yaratdığı əsərlərdə insan­lara aşılayan sənətkardır. Onun gərgin əməyi həmişə qiymətləndirilmişdir. Onun əl  işləri çoxsaylı tamaşaçı kütləsi tərəfindən  rəğbətlə və maraqla qarşılanmışdır.

Məhbubə Həsənova ümumşəhər tədbirlərində müx­təlif sənət əsərləri ilə sərgilərdə iştirak etmiş, incə­sə­nət sahəsində səmərəli fəaliyyətinə görə dəfələrlə Mədə­niyyət və Turizm İdarəsinin, Gəncə şəhər İcra hakimiy­yə­tinin fəxri fərmanları ilə təltif olunmuşdur. Məhbubə Həsənova respublikamızın paytaxtı Bakı şəhərində keçirilən Novruz el şənliklərində sevə-sevə yaratdığı tətbiqi sənət əsərləri ilə müntəzəm iştirak edir. Onun səmərəli fəaliyyəti daim dövrü mətbuatda qiymətləndirilir, kütləvi informasiya vasitələrində onun yaradıcılığına çoxlu sayda yazılar həsr olunur.

Məhbubə Həsənova öz sənətini  gənc nəslin nüma­yəndələrinə əsl sənət ustası kimi öyrədir.

Son dövrlər təhsil sistemində şagirdlərin bədii-es­tetik tərbiyəsinə böyük üstünlük verilir. Bunlar, uşaqların harmonik mənəvi aləminin daha da zənginləşdirilməsi, onlarda olan bacarıq və qabiliyyətin daha da inkişaf et­di­rilməsi məqsədi ilə edilir. Əlbəttə ki, uşaqların emosio­nal duyğularının yüksək səviyyədə inkişaf etdirilməsi on­ların təhsilində daha böyük uğurlar qazanmasına səbəb olur. Bilik, bacarıq, praktiki təcrübə bu zaman şagir­din yaşadığı sosial mühitdə daha da inkişaf  etdirilməklə bu prosesin nəticələrini daha da uğurlu edir.

Məhbubə müəllimənin təcrübəsindən yararlanmaq istəyən uşaqlar onun yanına tək maraq xatirinə gəlmir. O, yaradıcılıq qabiliyyətini bu uşaqlarla könüllü bölüşür, öz sənətini onlara öyrədir, onlara yaradıcılıq qabiliyyətini daha da inkişaf etdirmək, bacarıqlarını təkmilləşdirmək üçün yeni-yeni informasiyalar verir. Bu, yaradıcı insanın xalqımızın milli-mənəvi dəyərlərinə vətənpərvər yanaş­ma­sıdır.

Bu sənət uşaqlarda mənəvi-əxlaqi, vətənpərvərlik keyfiyyətləri formalaşdırır, milli-mənəvi dəyərlərə mə­həb­bət yaradır, onlara xalqımızın mədəni irsini mənim­sə­mə­yə yol açır. Onları saflaşdırır, bəşəriyyətin mənəvi təc­rübəsindən yararlanmağa kömək edir. Bacarıqlı uşaqların əksəriyyəti həyat yolu axtarışında məhz bu sənəti seçir, gələcəkdə həyatını bu sənətə həsr etməyə can atır. Uşaq­lar işləyərkən bir daha insanlaşır. Onlarda yaratmağa və əməyə xüsusi bir həvəs və maraq oyanır. Dekorativ-tət­biqi sənət uşaqları düşünməyə, daha gözəl əl işləri yarat­mağa sövq edir. Bu onlarda bir tələbat-gözəllik yaratmaq tələbatı yaradır. Məhbubə xanım öz gözəllik dün­ya­sı­nı gizlətmir, onu öz əsərlərinə köçürür, insanlarla bö­lü­şür, onları bu gözəlliyi duymağa, sevməyə, bu gözəlliyi həyatının bir parçasına çevirməyə səsləyir.

                             

Şəkildə: Arşın mal alan. Toy səhnəsi. Yappa heykəltaraşlıq. M.Həsənovanın əl işi.

Bildiyimizə görə bu neçə illər ərzində onun çoxlu sayda bacarıqlı tələbələri olmuşdur və heç də təsadüfi deyildir ki, onların əksəriyyəti bu sənəti davam etdirir və hal-hazırda nüfuzlu ali məktəblərdə təhsillərini davam etdirirlər.

Ruhulla Zahidov, yazıçı-jurnalist.

 

 

 

               

 

3 Comments on “MƏHBUBƏ HƏSƏNOVANIN GÖZƏLLİK DÜNYASI”

  1. Hörmətli Ruhulla müəllim . Sizin Məhbubə xanım haqqında yazdığınız məqalə hamımızın çox xoşuna gəldi. Yazdığınız xoş sözlərə görə sizə öz minnətdarlığımızı bildirir və gələcək işlərinizdə uğurlar arzulayırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.