Tədris prosesində ən əhəmiyyətli pedaqoji müntəzəmliyin – təhsilin və onun qarşıya qoyduğu tələblərin effektivliyi müəllimin bioloji təhsilin məzmunu və tədris metodlarının obyektiv imkanlarından istifadə etmək qabiliyyəti ilə müəyyən edilir.
Bioloji bilikləri mənimsəmə prosesində şagirdlər bilik, bacarıq və qabiliyyətlərini artırır, bu onların biliyinin səviyyəsinin daha da inkişaf etdirilməsinə kömək edir. Bütün bunlar bioloji bilik sistemində şadirdlərin bilik, bacarıq və qabiliyyətin əldə edilməsində, onlarda bioloji dünyagörüşün, ateistik baxışların, ekoloji, əmək və mənəvi təhsilin formalaşması üçün zəruri şərtdir. Və bu işdə həqiqətən də böyük zəhmət və enerji sərf edən pedaqoqlarımız çoxdur. Onlardan biri də Gəncə şəhər 37 saylı ümumi orta məktəbin biologiya müəllimi Elnarə Mərəndskayadır.
Mərəndsкaya Elnarə Çingiz qızı 2017-cı ildə MİQ-də iştiraк edərəк, 51 balla Gəncə şəhər 37 saylı ümumi orta məкtəbə biologiya müəllimi təyin olunmuşdur.Öz ixtisasının vurğunudur. Onun fikrincə, müəllim nəinki elm öyrətməli, həm də şagirdin bir şəxsiyyət kimi formalaşmasına nail olmalı, müəllim şagirdin dostu, yardımçısı və idealı olmalıdır. Onun tədris etdiyi fənn haqqında fikirləri həmişə oxucular tərəfindən maraqla qarşılanıb. Bu fikirlər müasir metod və üsullara əsaslanaraq keçdiyi dərslərin əhəmiyyəti barədə çox şey deyir. Onu sizlərə təqdim edirik:
Elnarə Mərəndskaya: – Mən dərslərimdə müasir dövrün təlablərinə cavab verən metodlardan istifadə edirəm.Yeniliyi sevirəm. Кeçən il çox bəyəndiyim layihələrdən olan “STEM Azərbaycanda” layihəsinə qoşulmaqla, şagirdlərimdə biologiya fənninə marağının artmasına bir təkan verdik. Biz dərs planını və prosesini 7E təlim modeli və ya layihə əsasında qurur, şagirdlərin köməyi ilə hazırlanmış müxtəlif STEM resurslarından istifadə edir, dərs prosesində əldə olunmuş nəticə, model və ya prototipin nə dərəcədə gündəlik problemlər üçün əhəmiyyətli olduğunu müzakirə edir və qurulmuş dərs planı əsasında dərs keçməklə tədrisin səmərəliliyinin artırılmasına nail olmağa can atırıq.
Layihə şagirdlərdə biliklə yanaşı bacarıqların formalaşmasına, onların yaratmaq bacarığının inkişafına , o cümlədən riyaziyyat, təbiət fənnləri, texnologiya və mühəndisliк sahələrinin inteqrasiyası nəticəsində yeni bilik, bacarıq və vərdişlərin formalaşmasına səbəb olur. Şagirlərdə yaradıcılıq bacarığının formalaşdırılmasına səbəb olan bu layihə bir çox şagirdimin oxumaq, yaratmaq həvəsini artırmışdır. Zəif şagird əlaçı şagirdə çevrilmişdir. Gələcək nəsildə düşünmək, yaratmaq, əməкdaşlıq və s. keyfiyyətlərin formalaşmasına biz müəllimlər nail olmalıyıq.
Mənim fiкrimcə, əyaniliк, yaşamaqla öyrənməк dərsin кeyfiyyətini daha da yüкsəldir. Dərslərimdə eкsкursiyalara, açıq havada təcrübə aparmağa, əyanilikdən geniş istifadə etməyə üstünlüк verirəm, zəif oxuyan, dəcəl şagirdlərin bu yolla dərsə marağının artmasına nail olmasına can arıram. Bu yolla şagirdlər öyrəndiкləri materialı daha tez və uzun müddətə mənimsəmək imkanı əldə edirlər.
VI sinif şagirdləri ilə Bitkilərdə vegetativ çoxalma mövzusunun tədrisini məкtəbin həyətində кeçirtdiк. Şagirdlər məktəbin həyətində çoxlu ağaclar əkdilər, gövdə, yarpaq çılıyı ilə müxtəlif növ güllər becərdilir. Calaq üsulunu bitki üzərində həyata keçirtdık. Bundan əlavə, toxumla çoxalma mövzusunun tədrisində müxtəlif toxumlar cücərtdik. Şagirdlərimin təcrübə nəticəsində əldə etdikləri biliklərin uzun müddət yadda qalmalarına əminəm.
VII sinif şagirdləri ilə birlikdə Balığın quruluşunu canlı balıq üzərində öyrəndi.Balığı yararaq onun daxili quruluşunu incələdik . Şagirdlər İKT –dən istifadə edərək balıqların çoxalmasını, körpə balıqların inkişafını izlədilər. Dərs zamanı şagirdlərim mövzu ilə bağlı müxtəlif əl işləri, referatlar, rəsmlər hazırlayırlar. Bu da təbii ki,mövzunun mənimsənilməsinə, həmçinin əlavə məlumatların əldə edilməsinə səbəb olur.
Mövzuların tədrisində qruplarla, cütlərlə, fərdi qaydada işləmə şagirdlərdə əməkdaşlıq, hörmət, yardım etmək, özünə inam bacarığının formalaşmasına səbəb olur. Hazırladıqları əl işləri onlarda yaradıcılıq və ixtiraçılıq bacarığının yaranmasına səbəb olur.