Xızıda Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibətilə tədbiri keçirilib

Görkəmli ədib və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illik yubiley tədbirləri çərçivəsində Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Sumqayıt, Abşeron, Qubadlı və Zəngilan MKS-lərin bir qrup əməkdaşı Xızı rayon Mərkəzi kitabxanasında olublar.

Əvvəlcə qonaqlara kitabxananın fəaliyyəti, keçirilən tədbirlər haqqında məlumat verilib.

Sonra Heydər Əliyev Mərkəzində “Cəfər Cabbarlı – 120” mövzusunda dəyirmi masa keçirilib.

Tədbir giriş sözü ilə açan Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşı Möhsün Bağırov belə bir tədbirin təqdirəlayiq olduğunu vurğulayıb, tədbirin mahiyyəti haqqında məlumat verib.

Sonra “Dramatik həyatlı böyük dramaturq Cəfər Cabbarlı”, “Cəfər Cabbarlı və Azərbaycan kino sənətimiz”, “Cəfər Cabbarlı dramaturgiyası və teatr”, “Cəfər Cabbarlı əsərlərində qadın hüquqları”, “Cəfər Cabbarlı haqqında xatirələr”, “Cabbarlı irsinin kitabxanalarda təbliği” mövzularında kitabxana əməkdaşlarının məruzələri dinlənilib.

Tədbirdən sonra Cəfər Cabbarlı və  Mikayıl Müşfiqin ev muzeyləri və abidələri ziyarət edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.