Məhşur teatrşünas: “Zövqlərimizi korlayan teatrlar və ya ştampovka tamaşalar”

Bu gün teatrlar tamaşaçı qıtlığının yaşandığından gileylənir. Teatrlar var, yeni-yeni pyeslər yazılır, tamaşaya qoyulur, tamaşaçının olmadığı səhnələr isə ürək yandıran bir mənzərədir. Bəs bunun səbəbi nədədir? Bir vaxtlar premyera zamanı bilet tapa bilməyən tamaşaçı teatrlardan niyə üz döndərib? Bəlkə illərlə sevə-sevə izlədiyimiz, indi həyatda olmayan sevimli  və yaddaşlarda qalan sənətkarlarımızı əvəz edən insanlar azdır indi səhnədə? Bəlkə pyeslərimizin məzmunu həyatımızın nəbzi ilə bir vurmur, həyatımızın təlabatı ilə uzlaşmır?

Səbəblər çoxdur. Səbəb varsa, bu səbəbləri yaradan amillər də olmalıdır. Məhşur teatrşünas Anar Burcəliyev sosial şəbəkədə öz səhifəsində bu məsələyə münasibətini bildirib.

“Bu gün respublikamızda 27 adda Dövlət statusu adını daşıyan teatrlarımız var. Bu teatrların inkişaf etdirilməsi, repertuar siyasətinin zənginləşdirilməsi, eləcə də formalaşdırılması başlıca şərtlərdəndir. Ölkə rəhbəri, möhtərəm cənab prezidentimiz İlham Əliyev də bu sahəyə hər zaman diqqət və qayğısını əsirgəmir. Mədəniyyət və incəsənət xadimləri ilə olan son görüş və bu görüşdən sonra bu sahədə calışan şəxslərin əmək haqlarının əhəmiyyətli dərəcə artırılması, iki dövlət teatrına Akademik teatr statusunun verilməsi həmçinin bütün dövlət teatrlarının maddi-texniki bazasının güçləndirilməsi məqsədilə vəsaitlərin ayrılması deyilənlərin baris nümunəsidir. Bütün bunlara baxmayaraq xüsusi olaraq region teatrlarında əsaslı olaraq islahatların aparılmasına xüsusilə repertuar siyasətinin tənzimlənməsinə bu sahədə baş verən neqativ halların aradan qaldırılmasına ehtiyac var. Bu gün regionda demək olar ki, yaxın məsafədə yerləşən iki dövlət teatrının eyni pyes üzərində eyni quruluşçu rejissor (əgər rejissor adlandırmaq mümkünsə ???) tərəfindən təkrar traktofkasında hər hansısa bir əsərin hazırlanmasına nə ehtiyac var ??? Maraqlıdır ki, bununla kimin gözünə kül üfürməklə guya ki, yaradıcılıq işinin aparılmasını göstərmək istəyirik ??? Təkrar quruluşlarda olan hazırlanan ştampovka tamaşalar hansı teatrsevəri bu mədəniyyət oçağına cəlb edə biləçək ??? Düşünmək vaxtı çoxdan catıb məncə !!!”

Mövzuya qayıdacağıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.