Cəlilabad şəhərində “Bölgələrdən – bölgələrə” yaradıcılıq festivalının yekun tədbiri keçirildi

Azərbaycan Respublikasının Mədəniyyət Naziri cənab Əbülfəs Qarayevin Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran şəhərindən, Astara, Lerik, Masallı, Cəlilabad və Yardımlı rayonlarından olan vətəndaşları qəbul etmişdir.  Mədəniyyət Nazirliyinin Regional Mədəniyyət İdarələrinin fəaliyyətinə həsr olunmuş respublika müşavirəsi və Nazirliyin təşəbbüsü ilə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının yekun tədbiri keçirildi.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və  Gəncə şəhərinin nümayəndə heyəti regional idarələrin fəaliyyətinə həsr olunmuş respublika müşavirəsində və “Bölgələrdən – bölgələrə” yaradıcılıq festivalında iştirak etmişdir.

Yaradıcılıq festivalının yekun tədbirində Gəncə şəhərinin dekorativ tətbiqi sənət ustalarının əl işləri, Gəncə mətbəxinə məxsus şirniyyat növləri, paxlava, zilviyyə və s. nümayiş etdirilmişdi.

Tədbirdə Gəncə şəhərinin “Ozan” qədim musiqi alətləri ansamblının müşayiəti ilə konsert proqramı təqdim olunmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.