ADAU-nun alimləri yenə fermerlərinin yanındadır

Azərbaycan Dövlət Aqrar Universitetinin aqronomluq fakültəsinin bir qrup professor-müəllim heyətinin növbəti təlimi Ağdam rayonun Quzanlı qəsəbəsində yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilib. Təlim zamanı payızlıq taxıl əkinlərinə qulluq işləri və yazlıq bitkilərin səpini ilə əlaqədar məlumat verilib.

Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının dosent əvəzi Fariz Ələkbərov müasir torpaq sıxlığını ölçən peenetrometr cihazı, torpaq nəmliyini ölçən elekron nəmlik cihazı və s. haqqında, onların iş prinsipi və tarlada istifadəsinə dair fermerlərə tövsiyələr verib. Eyni zamanda universitetin müasir aqrokimya laboratoriyasının fəaliyyəti , taxıl sahələrində iqlim dəyişikliklərinin yaratığı risklər, onların idarə edilməsi yolları, taxıl sahələrində yayılmış alaqlar, xüsusəndə tülpəngə qarşı mübarizə tədbirləri, əsas yemləmə və fertiqasiya gübrələnməsi zamanı uyğun gübrələrin seçilməsi barədə də ətraflı bilgilər verilib.

Kafedranın assistenti Zaur Məmmədov payızlıq taxıl əkinlərinin suvarılması, gübrələnməsi, məhsuldar buğda sortları və onların mütərəqqi becərilmə texnologiyalarından danışıb.

Bitkiçilik və bitki mühafizəsi kafedrasının assistenti Sahil Quliyev universitetin bitki klinikasının laboratoriyası , taxıl sahələrində yayılmış xəstəliklər, onların əlamətləri və diaqnozu qaydaları, o cümlədən, həmin xəstəliklərə qarşı mübarizə tədbirləri haqqında elmi məlumatlar çatdırıb.

Sonda fermerlərin sualları cavablandırılıb, onların təlim ehtiyatları müəyyənləşdirilib və təklifləri dinlənilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.