Övladlarınıza bədii kitab oxumağı necə aşılamalı? – Metodlar

Kitab oxumağın insanın nitqinin inkişafında, onun dünyagörüşünün formalaşmasında rolu əvəzsizdir.Valideynlər  uşaqlarına kiçik yaşlarından oxuma vərdişləri aşılayırlar. Lakin təcrübə göstərir ki, uşaqların əksəriyyəti gələcəkdə bu vərdişlərini davam etdirmirlər.

Bəs valideynlər övladlarını hansı üsullardan istifadə edərək daha çox kitab oxumağa cəlb edə bilərlər?

AzEdu.az sözügedən üsullardan bir neçəsini təqdim edir.

Övladınızın zövqlərini bilin! Çünki, məktəb dövründə uşaqlar inkişaf mərhələsi ilə əlaqədar olaraq,bir çox şeyə maraq göstərirlər.Onların maraq dairəsinə uyğun kitablar oxutmağa çalışın.

Kitab seçimində övladınıza müdaxilə etməyin! Ona icazə verin ki, istədiyi tərzə uyğun kitabı seçsin.

Oxumağı övladlarınız üçün vərdişə çevirin! Onun  hamının maraq dairəsində olan kitabı oxuması , bir çox insanla ünsiyyətinin inkişaf etməsinə gətirib çıxaracaq.Bir çox dostluqlar “Harry Potter” kitabına olan maraq nəticəsində  yaranıb.

Filmləri və kitabları sintez edin! Günümüzdə çəkilmiş bir çox filmin kitabı mövcuddur.Həmin filmə baxan uşağın onun kitabını oxumağa  da həvəsi artacaq.

Övladınızı cild şəkilində olan kitabları oxumağa təşviq edin! Birinci cildi oxuduqdan sonra, uşaqda digər cildləri də oxumağa həvəs yaranacaq.

Övladınıza örnək olun! Uşaqlar valideynlərinin güzgüsüdür. Bunu üçün də özünüz kitab oxuyaraq övladınıza nümunə olun.Televiziyaya baxmaq və texnoloji avadanlıqlar işlətmək əvəzinə, kitab oxuyaraq övladınızda maraq formalaşdırın.

Şükufə Süleymanlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.