“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyalarının növbəti mərhələsi çərçivəsində Gəncə məktəbliləri Qəbələ, Şəki və Zaqatalaya səfər edəcəklər. Yola salma mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, Gəncə Şəhər Təhsil İdarəsinin direktoru Zakir Hüseynov, müəllim və valideyinlər iştirak ediblər.
Yola çıxmazdan əvvəl məktəblilər Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Şagirdlərə uğurlu yol arzulayan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova bildirib ki, bu gəzintilər ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə ümummilli lider Heydər Əliyevin siyasi irsi, Ulu Öndərin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində əldə olunmuş misilsiz nailiyyətlərlə, Prezident İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişaf və böyük quruculuq işləri ilə hər bir şəhər və rayonun timsalında tanış olmaq imkanı yaradacaq.
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasında iştirak edən şagirdlər öz fikirlərini bölüşüblər.