“Xəyallarınızı yeniləyin 2019” layihəsi uğurla həyata keçirilir.

Gəncə şəhəri Nizami Aydın adına 18 nömrəli məktəbdə “İnnovate your  Dreams-2019”- “Xəyallarınızı yeniləyin 2019” layihəsi uğurla həyata keçirilir. Layihədə  məktəbin qabaqcıl, yaradıcı müəllimlərindən Günay Bayramova iştirak edir.

Bakı, Sumqayıt, Neftçala, Balakən, Xızı, Lənkəran, Kürdəmir, Bərdə, İsmayıllı, Biləsuvar şəhər məktəblərinin də layihədə hər bir peşəkar müəllim şagirdlərinə layihəni tətbiqi yollarını izah edərək gələcəkdə kəşf ediləcək ixtiraların xəyallarını gerçəkləşdirirlər.

Layihədə əsas məqsəd gələcəkdə uşaqların işlərinin başa düşməsinə və hazırlanmasına kömək etməkdir. Layihə çərçivəsində 7-16 yaşlı uşaqlar iştirak edir və gələcəkdə yaradılacaq sənayelər,dünyanın transformasiyasında texnologiyanın rolu haqqında məlumat verirlər. Layihə “2030- Davamlı İnkişaf” gündəmində təsvir olunan 17 Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Məqsədlərinin 3-nü özündə birləşdirir. Stemi təbliğ edən layihə əslində 7 həftə davam edərək 7 tapşırıqları əhatə edir.

Layihədə dünyanın hər yerindən ölkələr iştirak edir. 55 ölkə üzrə 10000-dən çox tələbə və məktəblər layihəni uğurla icra edirlər.Layihəni Edu 21 məktəbinin qurucusu, Pakistanlı təhsil işçisi Xurrəm Whiz təsis etmişdir.

55 ölkədən biri olan Azərbaycan da layihədə uğurla iştirak edir. Azərbaycan üzrə koordinatorlar Zümrüd Məmmədova və Aysel Alıcanovadır.

Bu layihəyə Gəncə şəhərindən yeganə müəllim olaraq qatılan Günay müəllimə və onun sevimli şagirdləri bu layihədə çox şey öyrənmiş və müxtəlif yerli və xarici ölkələrin təhsil sistemi ilə tanış olmuş və onlarla əməkdaşlıq etmişlər.

Ismayıllı şəhər 1 №li tam orta məktəbdən İradə Rüstəmova müəllimə və onun sevimli şagirdləri ilə canlı əlaqə yaradaraq uşaqların xəyal etdikləri icadlarını paylaşmışlar.

Sonra Türkiyənin Hakkari Bölgəsindən olan Gülsüm Kapan hoca ilə əlaqə yaradaraq, canlı bağlantıya girmiş, Türkiyə-Azərbaycan şagirdlərini tanış etmiş, xəyal edərək hazırladıqları və ələcəkdə həmin kəşflərin həyata keçəcəyinə inandıqları işlərini bir-birlərinə təqdim edərək layihənin bu mərhələsini də uğurla başa vurmuşlar.

“2030- Davamlı İnkişaf” gündəmində təsvir olunan 17 Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Məqsədlərinindən “Gender Bərabərliyini” seçərək şagirdlərə təlim keçib, onların cinsiyyət arasında fərq qoymamalarından hüquq bərabərliyindən danışıb.

Layihənin bir sonrakı mərhələsində “Alternativ enerji mənbələri” haqqında dərs keçib və şagirdlərin yaxınlıqdakı Şagirdlər Gəncə şəhəri 330/110 kvlıq enerji yarımstansiyasını ziyarət etmələrini təşkil etmişdir.

Layihənin bütün mərhələlərini ardıcıl və düzgün yerinə yetirdiyinə görə müəllim və şagirdlər beynəlxalq sertifikatla təltif olunmuşlar.

Günay Bayramova, Gəncə şəhər 18 saylı tam orta məktəbin informatika müəllimi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.