Gəncə Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə “Ganja Open 2025” beynəlxalq şahmat festivalı başlayıb. Turnirdə 12 ölkədən 300-dən artıq şahmatçı iştirak edir.
Yarışlar A və B qrupları üzrə təşkil olunub və hər iki qrupda mübarizə İsveçrə sistemi ilə 9 turdan ibarət formatda keçirilir.
Festivalın ümumi mükafat fondu 41.200 AZN təşkil edir. A qrupunun qalibi 10.000 AZN, B qrupunun birincisi isə 1.100 AZN mükafat qazanacaq. Festival çərçivəsində həmçinin rapid və blits yarışlarının da təşkili nəzərdə tutulub.
Qeyd edək ki, bu festival Azərbaycan Şahmat Federasiyasının “Chess Tour Azerbaijan” layihəsi çərçivəsində keçirilir və layihənin sayca yeddinci mərhələsidir. Turnirə 17 noyabrda yekun vurulacaq.








