Gəncədə aerobika gimnastikası üzrə Avropa çempionatı keçirilir

Noyabrın 9-da Gəncədə ilk dəfə olaraq aerobika gimnastikası üzrə yeniyetmələr və 15 yaşadək idmançılar arasında Avropa çempionatı start götürüb. Gəncə İdman Sarayında keçirilən yarışda 20 ölkədən 380 gimnast iştirak edir. Onlar fərdi, üçlük, qrup və aerodans proqramlarında çıxışlarını nümayiş etdirirlər.

Açılış mərasimini Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, Türkiyənin Gəncədəki vitse-konsulu Yiğit Yalın Soyel, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri və digər rəsmilər izləyiblər.

Gənclər və idman naziri, Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov çıxış edərək ölkəmizin belə nüfuzlu yarışlara ev sahibliyi etməsinin önəmini vurğulayıb və bütün iştirakçılara uğurlar arzulayıb.

Yarışın ilk günündə gimnastlar təsnifat mərhələsində proqramlarını təqdim ediblər. Tədbir çərçivəsində musiqi ilə vəhdət təşkil edən çıxışlar, rəngarəng şoular və xüsusi rəqs nömrələri tamaşaçılara maraqlı anlar yaşadıb.

Gəncə İdman Sarayında təşkil olunan turnirin ikinci günündə də təsnifat yarışları davam edir. Gimnastlar fərdi, üçlük, qrup və aerodans proqramları üzrə çıxış edirlər. Günün sonunda isə mükafatlandırma mərasimi keçiriləcək və komanda hesabında qaliblər elan ediləcək.

Qeyd edək ki, yarışda Azərbaycan gimnastları ilə yanaşı, Avstriya, Bolqarıstan, Çexiya, Rumıniya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Böyük Britaniya, Yunanıstan, Macarıstan, İtaliya, Litva, Portuqaliya, Moldova, Slovakiya, İspaniya, Türkiyə və Ukraynadan olan gimnastlar da çempionluq uğrunda mübarizə aparırlar. Yarışa noyabrın 11-də yekun vurulacaq.

Gəncədə aerobika gimnastikası üzrə Avropa çempionatı keçirilir
Gəncədə aerobika gimnastikası üzrə Avropa çempionatı keçirilir
Gəncədə aerobika gimnastikası üzrə Avropa çempionatı keçirilir
Gəncədə aerobika gimnastikası üzrə Avropa çempionatı keçirilir
Gəncədə aerobika gimnastikası üzrə Avropa çempionatı keçirilir
Gəncədə aerobika gimnastikası üzrə Avropa çempionatı keçirilir
Gəncədə aerobika gimnastikası üzrə Avropa çempionatı keçirilir
Gəncədə aerobika gimnastikası üzrə Avropa çempionatı keçirilir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.