Gəncə şəhərində 8 Noyabr – Zəfər Gününün qeyd edilməsi ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tərəfindən təsdiq edilmiş “Tədbirlər Planı”na əsasən, gənclərlə vətənpərvərlik mövzusunda dəyirmi masalar təşkil olunub.
Azərbaycan Texnologiya Universitetində və Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən görüşlərdə Gəncə Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, ehtiyatda olan mayor Mahir Hüseynov, həmçinin onun döyüş yoldaşlarının çıxışları dinlənilib.
Tədbirlərdə Vətən müharibəsində qazanılmış Qələbədən, şəhidlərimizin qəhrəmanlığından, eləcə də gənclərin vətənə sədaqət və milli ruhda tərbiyə olunmasının vacibliyindən bəhs olunub.
Sonda xatirə şəkli çəkdirilib.







