Gəncə Dövlət Universitetdə yeni alınmış dərslik və dərs vəsaitlərinin təqdimatı keçirilib

Gəncə Dövlət Universitetinin Kitabxana fondunun zənginləşdirilməsi məqsədilə yeni alınmış 760 nüsxədən ibarət dərslik və dərs vəsaitinin təqdimatı keçirilib.

Universitetin Kitabxana və İnformasiya Mərkəzinin müdiri Ayşən Əhmədova çıxış edərək bildirib ki, Əsaslı kitabxana, 3 şöbə, 1 filial və 3 qiraət zalından ibarət Gəncə Dövlət Univesietitinin Elmi kitabxanası respublikanın zəngin kitabxanalarından biridir. Son illər ərzində universitet rəhbərliyinin dəstəyi ilə kitabxana fondu xeyli zənginləşdirilib, müasir texnologiya avadanlıqları ilə təmin olunub.

Ayşən Əhmədova tələbələrə yeni dərsliklər və dərs vəsaitləri haqqında geniş məlumat verib. Qeyd edilib ki, bu nəşrlər kafedralarla kitabxananın birgə əməkdaşlığı nəticəsində seçilərək, kitabxanada olmayan və ya nüsxəsi çatışmayan, son beş ildə nəşr olunmuş ədəbiyyatlardan ibarətdir.

Tələbələr təqdim olunan nəşrlərlə tanış olaraq universitet rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.