AMEA Gəncə Bölməsinin əməkdaşı Türkiyədə Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq simpoziumda iştirak edib

Azərbaycan Respublikasının Ankaradakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi, TİKA, Türk Mədəniyyəti və İrsi Fondu və Nizami Gəncəvi Vəqfinin birgə əməkdaşlığı ilə Erzurum Atatürk Universitetində “Ortak Türk Fəlsəfi Düşüncəsinin Dahisi: Nizami Gəncəvi” adlı Beynəlxalq Elmi Simpozium keçirilib.

Tədbir çərçivəsində Atatürk Universitetinin professoru Nimet Yıldırımın Nizami Gəncəvinin “Sirlər xəzinəsi” və “İsgəndərnamə” poemalarının orijinaldan türk dilinə tərcüməsinin təqdimatı da baş tutub.

Simpoziumda AMEA Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov “Nizami Gəncəvi və Gəncə” mövzusunda məruzə ilə çıxış edib. O, Nizaminin doğma Gəncəyə bağlılığını və əsərlərində əks olunan milli kimlik məsələlərini elmi faktlar və təzkirələrə istinadla izah edərək qeyd edib ki, Nizami Gəncəvinin yaradıcılığı Azərbaycan xalqının mədəni yaddaşında əbədi yaşayır.

Ə.Muxtarov həmçinin Ulu Öndər Heydər Əliyev, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Nizami irsinə göstərdiyi dövlət qayğısını əks etdirən fakt və foto-sənədləri təqdim edib.

Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Atatürk Universitetinin alimlərinin məruzələri ilə çıxış etdikləri simpozium iki ölkə arasında elmi-mədəni həmrəyliyin parlaq nümunəsi kimi dəyərləndirilib.

Sonda iştirakçılar bir-birlərinə elmi nəşrlər hədiyyə edib və Ərzurumun tarixi məkanlarını ziyarət ediblər.

AMEA Gəncə Bölməsinin əməkdaşı Türkiyədə Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq simpoziumda iştirak edib
AMEA Gəncə Bölməsinin əməkdaşı Türkiyədə Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq simpoziumda iştirak edib
AMEA Gəncə Bölməsinin əməkdaşı Türkiyədə Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq simpoziumda iştirak edib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.