Gəncə İdman Liseyinin məzunu tarixə düşəcək uğura imza atdı

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatında Azərbaycan idmançısı Nürəddin Novruzov tarixə düşəcək uğura imza atıb.

Milimizin heyətində çıxış edən,Gəncə İdman Liseyinin məzunu olmuş, sərbəst güləş üzrə 61 kq çəki dərəcəsində mübarizə aparan Novruzov rəqiblərini məğlub edərək bürünc medal qazanıb. O, dünya çempionatının mükafatçıları sırasına daxil olub. Bu nəticə ilə o, Azərbaycanın sərbəst güləş tarixində son 6 ilin susqunluğunu pozub.

Sonuncu dəfə böyüklər arasında sərbəst güləş üzrə dünya çempionatında medal qazanan azərbaycanlı idmançı Cəbrayıl Həsənov olub. 2019-cu ildən bəri bu kateqoriyada yalnız legioner güləşçilər nəticə göstərə bilirdi, lakin yerli idmançılarımız medaldan uzaq qalırdı. Nürəddin Novruzovun bu uğuru həmin durumu dəyişdi və yerli sərbəst güləş məktəbinin gücünü yenidən ortaya qoydu.

Qeyd edək ki, Nürəddin Novruzov 2003-cü il noyabrın 18-də Gəncə şəhərində anadan olub. 2013-cü ildən güləşlə məşğuldur. Tanınmış məşqçi Adil İbrahimovun rəhbərliyi altında “Neftçi” İdman Klubunda çıxış edir. Təhsilini Kiyev Əmək və Sosial Münasibətlər Akademiyasında alıb.

Bu uğur, yalnız Novruzovun deyil, həm də Azərbaycan güləşinin və Gəncə idman məktəbinin böyük nailiyyəti kimi dəyərləndirilir. 6 illik həsrətdən sonra yerli sərbəst güləşçimizin medal qazanması ölkədə böyük sevinclə qarşılanıb.

Dünya çempionatının bürünc mükafatçısı Nürəddin Novruzovla görüş keçirilib .

Sərbəst güləş üzrə “Təhsil Respublika İdman Mərkəzi” PHŞ-nin Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi PHŞ-in yetirməsi Dünya çempionatının bürünc mükafatçısı və məşqçi-müəllimləri ilə görüş keçirilib.

14-20 sentyabr 2025-cil tarixlərində Xorvatiyanın Zaqreb şəhərində keçirilən sərbəst güləş üzrə Dünya çempionatının bürünc medalın qalibi 61-kq çəki dərəcəsində Nürəddin Novruzov, “Əməkdar məşqçi”, “Fəxri Bədən Tərbiyəsi və İdman xadimi”, Prezident təqaüdçüsü, Şöhrət ordenli məşqçi-müəllim Elçin Zeynalov, şəxsi məşqçi-müəllimi Abil İbrahimovla Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elvin Quliyev iştirak edərək, idmançını və onun məşqçisini qazandıqları uğura görə təbrik edib, onlara Fəxri Fərman təqdim edib və gələcək yarışlarda daha böyük nailiyyətlər arzulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.