Söz və ifadə azadlığı -kimə olar, kimə olmaz?!.

Ulu öndər Heydər Əliyev: Mətbuat cəmiyyətin güzgüsüdür.

Prezident İlham Əliyev: Azərbaycanda söz, mətbuat azadlığı təmin edilib.

      Demokratik dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda demokratiyanın vacib amillərindən biri kimi söz, mətbuat azadlığının təmin olunması, azad mətbuatın inkişafı prioritet istiqamətlərdən biridir. Söz və mediaya verilən dəyər, fikir və ifadə azadlığına göstərilən diqqətdir.

     Sonra deməyin ki, sizin söz, fikir və ifadə azadlığınız yoxdur. Deməyin ki, mətbuat cəmiyyətin güzgüsü deyil.

     Sözlərimizə dövlətimizin mediaya verdiyi qiymətlə başlayırıq. Onu da bildirmək istərdik ki, dövlət mətbu orqanları xüsusi əhəmiyyət daşıyan ictimai fikirləri, operativ xəbərləri oxucuya, dinləyiciyə, tamaşaçıya vaxtında çatdırmaq xüsusiyyətinə malikdir.Bunun üçün həmin mətbuatı təmsil edən nümayəndələrə bütün imkanlar verilmişdir.

     Sentyabrın 19-da yazıçı, jurnalist, tərcüməçi, ssenarist Ruhulla Zahidov olan bəndənizin 60 illik yubileyi keçirilib. Əslində ictimai xarakter daşıyan bir hadisə idi. Ömrünü yazıb yaratmağa həsr etmiş peşəkar jurnalistin yubileyinə dəvət alan bir neçə jurnalist isə bu tədbirə qatılmadı. Sanki bu şəhərdə heç bir hadisə baş verməmişdi, təmsil etdikləri qəzet və dövlət agentliyi üçün vacib olmayan bir xəbəri paylaşacaqdılar.

    Onu da bildirək ki, yubilyar onlarla kitabın, cəmiyyətə ünvanlanan yüzlərlə yazıların müəllifi, onlarla filmin ssenaristi, bir neçə kitabın və telekanallarda izlədiyiniz onlarla filmin tərcüməçisidir.  Oxucuların böyük marağına səbəb olan bu yazı və kitablar təhsilimizin, mədəniyyətimizin müxtəlif sahələrinə, qəhrəmanlara və qəhrəmanlığa həsr olunmuş qiymətli vəsaitlərdir və onların 11-i Prezident Kitabxanasının elektron kataloquna salınmışdır. Bir kitab isə Mədəniyyət Nazirliyi tərəfindən dərc edilmiş və respublikamızın bütün kitabxanalarına yerləşdirilmişdir. Ssenaristi olmuş onlarla sənədli filmi izləmək imkanına malik olan bu jurnalistlər qiymətli kitabların müəllifinin 60 illik yubileyini elə cəmiyyət üçün lazımsız bir iş saydıqları üçün bu tədbirə qatılmadılar.

     Canları sağ olsun.

    Bu gün əməyimizin mətbuat tərəfindən yüksək səviyyədə qiymətləndirilməsi nəticə etibarilə jurnalist peşəsinin də ictimai nüfuzunun artmasına səbəb olardı. Amma onlar bizi tanıyanlar və qiymətləndirən insanların söyüş və təhqirləri ilə qarşılaşıblar.

    Amma, belə olmamalı idi. Gəncə şəhərində 60 yaşı tamam olan ikinci belə məhsuldar və nüfuzlu jurnalist var idimi ki, bu xəbəri digərinin yubiley yaşı üçün saxlasınlar?

  Əsas məsələ onların nə üçün tədbirə qatılmamağı olduğu üçün bu məsələni araşdırmaq qərarına gəldik.

     Ilk öncə onu qeyd edək ki, bu şəxslər peşəkar jurnalistlər deyil, sadəcə dövlət mətbu orqanlarında iş almış, elə də yüksək jurnalist qabiliyyəti və savadı olmayan, sadəcə kiminsə vasitəsilə bu vəzifəyə təyin olunmuş insanlardır. Onları bir növ mətbuatın “alfons”u da adlandırmaq olar. Xətirlərinə dəyəcək, inciyəcək, nəsə sübut etməyə çalışacaqlar. Amma bundan əvvəl nə üçün bacarmadığı və layiq olmadıqları bu işə təyinat aldıqlarını başa salsınlar. İctimaiyyətə anladın-hər cür nemətlərdən məhrum olmuş, ehtiyac içində üzülən peşəkar, əsl yaradıcı jurnalistlər iş axtaran bir dövrdə necə olur ki, siz bu yüksək vəzifələrə təyin olunursunuz?Dərin mövzudur. Vaxtilə ona da qayıdacağıq.

     Hələlik isə onların bəhanələrini yazışmalarda sizə çatdıraq:- “Salam, bağışlayın nəvəm xəstədir, mənim boş vaxtım yoxdur”…

Təhqiramizbir cavab, el dilində “otval”. Bu cavabı almaq üçünmü 60 il yaşayıb, yazıb yaratmışıq?

     Bu adamın vaxtı yoxdur, çünki eyni vaxtda 3 vəzifə daşıyır. Heç birini də yarıtmadığını bilirik. Bunu bizə şəhər rəhbərliyi “ağsaqqal“ da seçib. Gəncə şəhər Ağsaqqallar Şurasının sədr müavinidir. Kimin ağsaqqalıdır, nə üçün ağsaqqaldır, ağsaqqal olub nə işlə məşğuldur, bunu bir özü bilir, bir də onu bu işə təyin edənlər. İş gücləri məktəbləri gəzib qohumları oxuyan uşaqlara Fəxri Fərmanlar paylamaqdır. Onlarla oturub bir neçə dəfə çay da içmişəm. Düzü söhbətlərindən insan iyrənir, onların düşüncə tərzi məktəb şagirdinin düşüncəsindən heç də yuxarı getməz, gördükləri iş uşaq birliyi rəhbərinin işinə bənzəyər, eyni mənzərədir. Güclü, vacib bir işi varsa, səhvimizi düzəltsin, bizə də bildirsin.

     Bu adamın işi ən yüksək ranqlı məmurlarla görüşüb abunə pulu yığmaqdan başqa bir şey deyildir. Hərdən bir hansısa tədbirdən material da hazırlayar. İşi bundan uzağa getməz. İstənilən oxunmayan qəzetlərin müxbirləri belə ondan çox iş görər.

Onun bu hərəkəti düşüncəsinin, həyat fəlsəfəsinin məhsuludur. – Onun fikrincə mənsub olduğu kastadan başqa heç kim insan deyildir!

    Manşetdə gördüyünüz şəkildə tədbirə dəvət alan 4 nəfər var. Onların 3-ü tədbirə qatılmamışdır. Biri ümumiyyətlə illərlə cibində jurnalist vəsiqəsi daşıyan, ömrü boyu jurnalist kimi bir əməyi olmayan, ancaq qapı-qapı düşüb yerlilərindən “hörmət” yığan birisidir. Cəmiyyətdə oğraş kimi tanınır. O bir jurnalist dostunun həyat yoldaşına əxlaqsız təklifi ilə şəhərdə bu biabırçı adı daşıyır.Amma belə mötəbər tədbirlərə təkliflər alır. Demək bu da artıq hansısa vəzifəyə hazırlanır. Artıq bir bölgədə tanınmış insanın yubileyinə qatılmamaq da olar. Niyə qatılsınlar ki? Təsdiq etsinlər ki, bu insanın xidmətləri var? Onda ondan soruşa bilərlər- bəs siz nə işlər görmüsünüz? Bu illər ərzində ancaq onu-bunu ələ salıblar, işlərini pozublar, yaxşı insanlar haqqında cəmiyyətdə pis fikirlər formalaşdırıblar. Bir sözlə peşəkar əclaflar olublar.

    3-nün də “detski” bəhanəsi var. 3-ü də mənimlə çox yaxın insanlardır. Daha doğrusu, bundan sonra onları özümüzə və çıxdığım Muğan zonasına düşmən sayıram. Axı, biz əslən oralıyıq. Bunlardan deyilik. Demək, insan sayılmırıq. Bu rasizm və faşizm deyil, bəs nədir?

Bu şəkil yubiley tədbirindən qabaq bir tədbirdə çəkilib. Həmin tədbir ADAU-da təşkil olunan dəyirmi masadan bir görüntüdür. Bu üç nəfər həmin masaya nə üçün dəvət olunmuşdu, hansı ictimai statuslu insanlardır, onu da başa düşmək olmur. Jurnalist fəaliyyəti göstərən bu şəxslər ümumiyyətlə başa düşmək istəmir ki, onun əsas işi mənsub olduğu qəzetə xəbərlər, reportajlar, müsahibələr hazırlamaqdır, mötəbər məslislərdə fors-major etmək, özünü cəmiyyətə vacib bir insan kimi sırımaq yox. Fikirləşmir ki, yubilyar da peşəkar jurnalistdir, yubileydən çox yubiley haqqında material hazırlamaq onun həyat kredosu ola bilər.

    Mötəbər bir dövlət mətbuat agentliyinin müxbiri isə məni vaçap yazışmasında tərifləyir. Məni özünə ağsaqqal sayır, amma…tədbirə qatılmadığı üçün üzrlər diləyir. Mənə ayrıca bir qonaqlıq verəcəyini bildirir…

    Bir gün gələcək, sizləri bu idminizə görə məhşər ayağına çəkəcəklər. Ölüb yerə girsəniz yaxşıdır.

    Layiq olmadığınız postları tutmusunuz. Mənliyiniz, ləyaqətiniz buna necə yol verir?..

     Çox şeylər deyərdik, heyf ki, mətbuat qanunları buna icazə vermir!

Ardı var…

Ruhulla Zahidov,

yazıçı-jurnalist, yubilyar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.