Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, TÜRKSOY beynəlxalq təşkilatı və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən Ankara və İstanbul şəhərlərində Azərbaycan və Türkiyənin Mədəniyyət nazirlərinin iştirakı ilə “Nəsimi ili”nin rəsmi açılış tədbirləri keçiriləcəkdir.
Tədbirlər 6 mart 2019-cu il tarixində saat 15:00-da Ankara şəhərində TÜRKSOY-un iqamətgahında, saat 19:30-da Ankara Cumhurbaşkanlığı Simfonik Orkestrasının konsert salonunda və 7 mart 2019-cu il tarixində saat 17:00-da İstanbul şəhərində, Bəyazid, Türkiyə Ədəbiyyat Vəqfinin toplantı salonunda keçiriləcəkdir.