Azərbaycanda müəllim məktəb direktorunu DÖYDÜ

Naxçıvanda orta məktəbin direktoru döyülüb.

Hadisə Naxçıvan Şəhər İ.Səfərov adına 1 saylı orta məktəbdə baş verib.

Məktəbin fiziki tərbiyə müəllimi Səriyyə Qənbərova məktəbin direktoru Asudə Məmmədova ilə dərs saatına görə mübahisə edib. O, Asudə Məmmədovanı qanunsuzluqda ittiham edib və müəllim ilə direktor arasında mübahisə yaranıb. Mübahisə nəticəsində S.Qənbərova direktoru döyərək ona xəsarətlər yetirib.

Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanıb.

Naxçıvan Şəhər Məhkəməsində keçirilən prosesdə S.Qənbərova məktəb direktoruna dəymiş ziyanı ödəyib və onlar arasında barışıq elan olunub. Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və S.Qənbərova məsuliyyətdən azad edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.