18 Sentyabr 2025-ci il tarixində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan professional musiqi məktəbinin banisi, ilk operamızın müəllifi Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş konsert proqramı təşkil olunub.
Tədbirdə çıxış edən natiqlər Üzeyir Hacıbəylinin zəngin musiqi irsinin Azərbaycan mədəniyyətindəki əvəzsiz rolundan söz açıblar.
Konsertdə Xalq Çalğı Alətləri Orkestri, dirijor Xəyal Qəhrəmanovun rəhbərliyi ilə bəstəkarın əsərləri və milli musiqi nümunələrini ifa edib.




