Gəncədə yazıçı-publisist, tərcüməçi Ruhulla Zahidovun 60 illik yubileyi keçirilib

19 sentyabr tarixində Gəncə şəhərində tanınmış yazıçı-publisist, jurnalist, tərcüməçi, ssenarist Ruhulla Zahidovun 60 illik yubileyi münasibətilə yaddaqalan tədbir təşkil olunub.

Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Yubiley mərasimində Gəncə şəhər ictimaiyyətinin nümayəndələri, qələm adamları, idmançılar və Qarabağ qaziləri iştirak ediblər.

Çıxış edənlər nitqində Ruhulla Zahidovun yaradıcılığını yüksək dəyərləndirib,  Ruhulla Zahidovun qələmindən çıxan hər bir sətirin gənclərə vətənpərvərlik ruhu aşıladığını, oxucunu tariximizə, şəhidlərimizin qəhrəmanlığına daha çox bağladığını xüsusilə vurğulayıblar.

Tədbirdə söz alan ictimaiyyət nümayəndələri, pedaqoq və yazarlar yubilyarı səmimi sözlərlə təbrik edib. Onlar çıxışlarında vurğulayıb: -“Ruhulla müəllimin publisistikası yalnız ədəbiyyat deyil, həm də bir vətəndaşlıq mövqeyidir. Onun əsərlərində cəmiyyətin ağrıları, insanların qayğıları, ən əsası isə Vətən sevgisi öz əksini tapır.”

Tədbirdə həmçinin yubilyarın həyat və yaradıcılığına həsr olunmuş xüsusi videoçarx nümayiş etdirilib.

Digər natiqlər  çıxışlarında Ruhulla Zahidovun publisistika ilə yanaşı jurnalistikada da ictimai sözün gücünə inanaraq daim fəal mövqe sərgilədiyini və peşəkar qələmi ilə oxucuların rəğbətini qazandığını qeyd edib.

Sonda yubilyara təbriklər ünvanlanıb, tədbir iştirakçıları onunla birlikdə xatirə şəkli çəkdiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.