Gəncədə növbəti əmək yarmarkası keçirilib

Gəncədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün növbəti əmək yarmarkası keçirilib. Təşkil olunan əmək yarmarkasında müxtəlif müəssisələr tərəfindən 100-ə yaxın vakansiya təqdim edilib.

Vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar. Yeni peşəyə yiyələnmək istəyən vətəndaşlara isə Agentlik tərəfindən işəgötürənlərlə əməkdaşlıq çərçivəsində tədrisi həyata keçirilən kurslar barədə məlumat verilib.

Qeyd edək ki, “Əmək yarmarkaları”nın keçirilməsində əsas məqsəd işsiz və işaxtaran vətəndaşların, əmək bazarına çıxışını dəstəkləməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.