Azərbaycanda şagirdlər dərsdə telefondan istifadə edə BİLMƏYƏCƏK

Şagird davranış qaydalarına əsasən, şagirdlər tədris vaxtı telefon vasitələrindən istifadə edə bilməz.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov 2025-2026-cı tədris ilinə həsr olunmuş tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yaxın günlərdə Şagird davranış qaydalarının ölkənin bütün ümumtəhsil müəssisələrində tətbiqində nail olunacaq:

“Həmin qaydalar əsasında şagirdlərin tədris zamanı telefonlardan istifadəsi yolverilməzdir”, – deyə o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.