Dünyanın heç bir yerində belə bir şey yoxdur ki, jurnalist əslində yazıb biabır edəcəyi şəxsi dilə tutsun, az qala yalvarsın ki, bu işi etməyin, yoxsa, sizə, adınıza, imicinə ziyan dəyəcəkdir. Və dünyanın heç bir yerində bizdəki kimi …. (adını özünüz qoyun) məmurlar yoxdur ki, “Araz aşığından ola, Kür də topuğundan”. Pulludurlar, arxaları bərkdir-bunu bildik, bəs dövlətçilik məhfumu bunlara belə imtiyazlar veribmi?
Yazdıqlarımız müraciətlərə hələ ki, bir təşkilat və ya qurumdan bir cavab ala bilməmişik. Sanki bu məktublar onları təhqir edir, onların hissiyatına toxunur. Tam səmimiyyətlə deyə bilərəm ki, siz bu xoşbəxtlikdən məhrumsunuz.
Siz suçlusunuz, qarşımızda günahlarınız vardır, əks təqdirdə cavab məktubu yazar, öz fikirlərinizi açıq surətdə izhar edərdiniz.Siz özünüzü cəzasız hiss edirsiniz, çünki, sizi cəzalandırmağa çalışan belə yoxdur.
Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Asif Həsənova
Həsənova
Yazıb sizə bildiririk ki, 2023-cü il “Heydər Əliyev ili” çərçivəsində hazırladığımız “Ulu Öndər və Azərbaycan” kitabı dərc olunmuşdur. Bu kitab Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş və Prezident Kitabxanasının Elektron Kataloquna salınmışdır. Yəqin ki, bu kitab artıq sizin yadınızdan çıxıb. Necə ki, gecə-gündüz yatmayıb yazdığımız kitablarda sizin əvəzinizdə hazırladığımız məqalələr yadınızdan çıxan kimi. Orada gedən materiallar məhz sizin tövsiyyənizlə kitaba salınmışdır. Onda biz sizə inanırdıq və belə hesab edirdik ki, siz vətənpərvərliyi və alicənablığı ilə seçilən insansınız və bizi də bir qələm əhli kimi yüksək dəyərləndirirsiniz. Belə düşündüyümüz üçün də sizə kitabda Ulu Öndər haqqında səmimi söz demək üçün şərait yaratmışdıq.
Hazırladığım və müəllifi olduğum bir neçə kitabda yazınız getmişdir. “Ulu Öndər və Azərbaycan”, “İlham Əliyev və Azərbaycan”, “Pedaqoji söhbətlər”, “Aramızda bir igid vardı” və s. kitablarda sizin “müəllif” yazılarınız vardır. Müəllif sözünü dırnaq arasında ona görə yazdım ki, bu yazıların necə hazırlanmasından siz başqalarından daha məlumatlısınız… Sonuncu kitaba görə müəllifə göstərdiyiniz “qiymət və dəyərə” görə mən facebook səhifəmdə ünvanlı yazı ilə çıxış etmiş və ictimaiyyətdən sizə belə bir meydan verdiyimə görə üzr istəmişəm.Xatırlatmaq istərdim ki, “Aramızda bir igid vardı” kitabında sizin vətənpərvərlik tərbiyəsi ilə bağlı yazınız növbəti nəşrlərdə kitabdan çıxarılmışdır. Düşünürük ki, siz nə vətənpərvərsiniz, nədə ki, vətənpərvərlik tərbiyəsindən başınız çıxır. Olsa, olsa, çayxana söhbətləri səviyyəsində apara biləcək söhbətlərə yarayarsınız. Amma, bizlər peşəkar yazarlarıq, sizin arxamızca dedikləriniz aşağılayıcı söhbətləri də eşidirik, ürəyimiz yanır ki, gör kimlərə baş qoşmuşuq, kimləri təbliğ etmişik, kimləri gənclərə nümunə gətirmişik. Elə deyilsə, cavab yazınızda fikirlərinizi əsaslandırın. Bizim haqlı olmadığımızı sübut edin. İnanmıram ki, heç olmasa buna savadınız çatacaqdır. Fikirlərimiz sizin cavabdan sonra ictimailəşdiriləcəkdir.
Bir ildən artıqdır ki, telefon zənglərimizə cavab vermirsiniz, yazışmalarımızı oxusanız da cavab verməyə lüzum görmürsünüz. Sizə nə pislik etmişik? Bizim günahımız deyil ki, siz savadsızsınız, vətənpərvərlikdə cəmi “bir neçə atımlıq barıtınız” vardır. Kim sizi bizi gözdən salmağa, bizi aşağılamağa sövq edir? Nəşriyyat işindən başınız çıxmırsa, peşəkar yazarlarla necə davranmağı qanun kitablarından oxuyub öyrənin. Bir şeyin cinayət olduğunu bilmir və anlamırsınızsa, bu, sizi heç bir məsuliyyətdən azad etmir. Siz böyük bir təhsil ocağının rəhbərisiz, belə davranış sizə yaraşmaz.
Bir daha xatırladırıq ki, “Ulu Öndər və Azərbaycan” kitabında (səh.153-156) sizin də yazınız vardır. Kitab Ulu Öndərin anadan olmasının 102-ci ildönümü münasibətilə yeniləşmiş formada dərc olunmaq üzrədir. Bir çox yazılar çıxarılır, digərləri ilə əvəz olunur. Sizin yazının əvəzlənməsi, yaxud işlənmiş formatda verilməsi, kitabda məhz hansı formada yer ala bilməsi üçün sizinlə görüşmək və məsləhət almaq üçün xahişlə müraciət etmişik. Amma “Asif müəllim deyir onunla qurtarmışam, məqaləni də istəmirəm, deyir” – cavabını verdilər. Bir daha xatırlatmağa borcluyuq ki, bu kitab artıq bir dəfə çap olunub. Ulu Öndər haqqındakı yazınızı yeni nəşrdə verməmək üçün ciddi səbəblər olmalıdır və bu sizdən icazəsiz edilə bilməz. Xahiş edirik, bu istəyinizi yazılı formada bizə təqdim edəsiniz.
Sizə bir neçə sual ünvanlamağa borcluyuq:- Yazınızı “Ulu Öndər və Azərbaycan” kitabında nə üçün görmək istəmirsiniz? Bu qərarınız nə ilə bağlıdır?
Kitabın çapı sizin bu qərarınıza görə dayandırılacaq, üzərinizdə yenidən işləniləcək və çapa təqdim ediləcəkdir. Biz xeyriyyəçi təşkilat deyilik. Kitablar öz vəsaitimizlə dərc olunur. Bizlər sizin kimi dövlətdən maaş almırıq, imkanlarımız məhduddur, kitab işində hər addım vaxt və maddi vəsait itkisidir. Ən böyük zərər isə sizlərin bizə olan düşmən münasibətidir. Siz şəxsən mənə və ya bu kitaba düşmənsinizmi? Xahiş edirəm açıq yazın, düşünürəm ki, sizin buna cəsarətiniz çatacaq və hər şeyi üzümüzə deyəcəksiniz.
Məktubumuza tez cavab verilməsi xahiş olunur. Əks təqdirdə bu, bizim hazırladığımız kitablarda sizin yolunuzda çəkdiyimiz zəhmətə, xüsusilə də Ulu Öndərlə bağlı kitaba hörmətsizlik kimi başa düşüləcəkdir.
Ruhulla Zahidov, yazıçı-jurnalist,
Etmtv. news təhsil portalının təsisçisi və baş redaktoru.