Gəncədə şəhid övladları üçün növbəti dəfə “Yay məktəbi” təşkil olunub

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi,  Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının təşəbbüsü ilə şəhid övladları üçün növbəti “Yay məktəbi” təşkil olunub.

Dörd gün davam edəcək “Yay məktəbi”nin ilk günu şəhid övladları Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları və partiya fəalları ilə birgə Şəhidlər Xiyabanına gələrək “Əbədi məşəl” abidəsini ziyarət ediblər.  

Daha sonra uşaqlar YAP Gəncə şəhər təşkilatının qərargahında Bayram Aslanovla səmimi söhbət ediblər. Bayram Aslanov bildirib ki, Vətən uğrunda canından keçən qəhrəmanlar heç vaxt unudulmur, onların xatirəsi daim əziz tutulur və adları əbədiləşdirilir. Şəhid ailələri dövlətimizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daimi diqqət və qayğısı ilə əhatə olunublar. 44 günlük Vətən müharibəsində şəhid olanların qəhrəmanlığı və onların ailələrinin göstərdiyi təmkin, dözüm gənc nəslə örnəkdir.

Qeyd edək ki, “Yay məktəbi” proqramı çərçivəsində iştirakçılar Heydər Əliyev Mərkəzini ziyarət edəcək, Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyacaq, dahi şəxsiyyətin həyat və fəaliyyətinə dair foto və şəxsi əşyalarla tanış olacaqlar. Proqramın üçüncü günündə uşaqlar Gəncə şəhərində yerləşən “İmamzadə” dini kompleksini ziyarət edəcəklər.

Dördüncü və sonuncu gün isə şəhid övladları Göygöl Dövlət Təbiət Qoruğuna və Göygöl rayonu ərazisində yerləşən “Xan yurdu” yaylaq düşərgəsinə ekskursiya edəcəklər.

Xatırladaq ki, “Yay məktəbi”nin əsas məqsədi şəhid övladlarının dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, onların asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaqdır.

Gəncədə şəhid övladları üçün növbəti dəfə “Yay məktəbi” təşkil olunub
Gəncədə şəhid övladları üçün növbəti dəfə “Yay məktəbi” təşkil olunub
Gəncədə şəhid övladları üçün növbəti dəfə “Yay məktəbi” təşkil olunub
Gəncədə şəhid övladları üçün növbəti dəfə “Yay məktəbi” təşkil olunub
Gəncədə şəhid övladları üçün növbəti dəfə “Yay məktəbi” təşkil olunub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.