Daşkəsən şəhərində LED lampalı müasir işıq dirəkləri quraşdırılır

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən Daşkəsən şəhəri ərazisində LED lampalı işıq dirəklərinin quraşdırılması layihəsi icra olunur.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Recep Öztop, TİKA-nın sədr müavini Ümit Naci Yorulmaz, Agentliyin Bakı proqram koordinatoru Hayrettin Özçelik layihənin icrası prosesi ilə tanış olublar. Layihə çərçivəsində Daşkəsən şəhərinin müxtəlif yerlərində ənənəvi küçə lampalarından daha səmərəli hesab edilən, ümumilikdə 60 ədəd LED lampalı işıq dirəyi quraşdırılacaq.

Layihə üzrə işlər davam etdirilir.

Lamiyə İbrahimova

d75ecb13-d4ea-47b9-a92b-0e394a90d7b2.jpg
0408ddeb-ebc1-43c5-bf4e-9b9ba694a057.jpg
a05302b8-1acd-4edd-aae3-3459111f3042.jpg
178b9699-488d-4767-aa1e-564a2178d281.jpg
dc1d7ec9-9eb2-407e-9467-c8cd47b2f9a5.jpg
21f04e7b-74a7-4ae3-bf72-74842ab9d166.jpg

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.