Gəncədə “Qurtuluşdan Zəfərə” adlı tədbir keçirilib

Gəncə Şəhər İcra Hakimiyyətinin, YAP Gəncə şəhər təşkilatının, Gəncə Dövlət Universitetinin, Azərbaycan Dövlət Aqrar Universitetinin, Azərbaycan Texnologiya Universitetininvə Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş “Qurtuluşdan Zəfərə” adlı tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, həmçinin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca isə “Qurtuluşdan Zəfərə” adlı videoçarx nümayiş olunub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov xalqımızın tarixinə qızıl hərflərlə yazılan Milli Qurtuluşun ictimai, siyasi və tarixi əhəmiyyətindən danışıb. İyunun 15-nin xalqımız üçün əsl qurtuluş tarixi olduğunu vurğulayan Niyazi Bayramov diqqətə çatdırıb ki, bu qurtuluşu mümkün edən əsas amil müstəqilliyimizin qorunub saxlanmasında və möhkəmlənməsində müstəsna xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin şəxsiyyəti və titanik fəaliyyətidir.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək deyib ki, bugünkü qüdrətli Azərbaycan Ulu Öndərin xalqa məhəbbətinin, Vətən yolunda fədakarlığının parlaq nişanəsidir.

Azərbaycan Dövlət Aqrar Universitenin rektoru Zəfər Qurbanov, Bakı Slavyan Universitetinin prorektoru Fikrət Cahangirov, Gəncə Dövlət Universitetinin IV kurs tələbəsi Nigar Məmmədli çıxış edərək, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin bütün dövrlərdə öz milləti, xalqı üçün gördüyü işlərdən danışıblar: ”Azərbaycan tarixi dahi dövlət xadimi Heydər Əliyevin fəaliyyəti ilə qırılmaz surətdə bağlıdır. Ulu Öndərin xidmətləri sayəsində xalqımız əvvəlcə siyasi və iqtisadi müstəqilliyinin möhkəm təməlini yaradıb, daha sonra isə müstəqil dövlətini qurmaq, qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanı reallaşdırıb”.

Sonra yubiley yaşında olan Yeni Azərbaycan Partiyasının veteranları təltif edilib.

Tədbir bayram konserti ilə davam edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.