Gəncədə Xəlil Yusiflinin xatirəsinə həsr olunmuş Beynəlxalq elmi konfrans keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin təşkilatçılığı ilə böyük ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, “Şöhrət” ordenli professor Xəlil Yusiflinin 90 illik yubileyinə həsr olunmuş “Azərbaycan və dünya nizamişünaslığının aktual problemləri” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib.

Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin AMEA-nın Gəncə Bölməsindəki büstünü ziyarət edərək, onun xatirəsinə ehtiramlarını bildiriblər. Ardınca iştirakçılar foyedə professor Xəlil Yusiflinin elmi yaradıcılığını və həyatını əks etdirən nəşrlər və fotolardan ibarət sərgi ilə tanış olublar.

Konfransda Azərbaycanın müxtəlif şəhərləri – Bakı, Gəncə, Naxçıvan, Şirvan, Quba, Qazax və Lənkərandan, həmçinin Türkiyə, İran, Özbəkistan və Pakistandan alim və tədqiqatçılar iştirak edib və məqalələr təqdim ediblər.

Beynəlxalq konfrans Dövlət himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra alimin həyat və fəaliyyətinə həsr olunmuş “Nizamişünaslığımızın patriarxı. Xəlil Yusifli – 90” adlı sənədli film nümayiş olunub.

Konfransın açılışında AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev çıxış edərək, professor Xəlil Yusiflinin Azərbaycan filologiyası və nizamişünaslığının inkişafındakı mühüm xidmətlərini vurğulayıb. Alimin rəhbərliyi ilə formalaşmış Nizami Gəncəvi Mərkəzində bu gün də onun elmi məktəbinin izləri hiss olunur.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin konfrans iştirakçılarına ünvanladığı müraciətdə professor Xəlil Yusiflinin Şərq İntibahı və Nizami Gəncəvi yaradıcılığı sahəsindəki dərin araşdırmalarına xüsusi qiymət verilib.

Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiri Yadigar Bədəlov qonaqları şəhər rəhbəri Niyazi  Bayramovun adından salamalayaraq konfransı “elm bayramı” adlandırıb. O, alimin adının dünya elmi ictimaiyyətində böyük nüfuza malik olduğunu qeyd edib.

AMEA Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov çıxış edərək professor Xəlil Yusiflinin Nizami Gəncəvi yaradıcılığının tədqiqində sələflər və xələflər konsepsiyasını uğurla tətbiq etdiyini vurğulayıb.

Plenar iclasda müxtəlif məruzələrlə çıxış edən alimlər nizamişünaslıq sahəsində Xəlil Yusiflinin elmi irsini müxtəlif aspektlərdən təhlil ediblər. Bu məruzələr arasında Nizami Gəncəvinin tibbə dair fikirləri, “Dədə Qorqud” motivləri, “Yeddi gözəl” məsnəvisinin şərhi, Arif Ərdəbilinin “Fərhadnamə” əsəri ilə bağlı təhlillər və digər aktual mövzular yer alıb.

Konfrans çərçivəsində alimin övladı, Gəncə Dövlət Universitetinin dosenti Afaq Yusifli atasının xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirib.

Konfrans işini “Nizami Gəncəvi və Türk Dünyası”, “Nizami Gəncəvi və dünya ədəbiyyatı”, “Nizami Gəncəvi və incəsənət”, “Müasir Azərbaycan nizamişünaslığında yeni çağırışlar”, “Xəlil Yusiflinin nizamişünaslıq fəaliyyəti” və “Xəlil Yusifli və klassik Azərbaycan ədəbiyyatı” adlı altı bölmədə davam etdirib. Ümumilikdə 110 elmi məruzə təqdim olunub.

Konfransın materialları iki cilddə toplanaraq nəşr edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.