Məhz Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoymuşdur

   

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir. Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

                                                                                                         Heydər Əliyev

Doğma Azərbaycanımız 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra, bütün sahələr kimi, mədəniyyət sahəsi də mühüm inkişaf` yolu keçmişdir. Dövlətimiz millI mədəniyyətimizin inkişafına mühüm önəm verir. Heç də təsadüfi deyildir ki, bu gün Azərbaycan öz mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərləri ilə bütün dünyada tanınmışdır.

    Milli mədəniyyətimizin inkişafında Ulu Öndərin əvəzsiz xidmətləri və rolu vardır. Məhz Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoymuş, mədəniyyətimyz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanınmışdır. O, mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, daim onların qayğısını çəkirdi.

     Ulu Öndərin hakimiyyətdə olduğu illərdə mədəniyyətimizin bütün sahələri Heydər Əliyev qayğısından bəhrələnmiş və bu günkü inkişafına görə də məhz Heydər Əliyev dühasına borcludur. Ulu Öndər mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Elə ona görə də mədəni – mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün əlindən gələni edir, Azərbaycan mədəniyyətinin təbliğini həmişə diqqət mərkəzində saxlayırdı.

    Ulu Öndər daima mədəniyyətimizin, ədəbiyyatımızın, milli dəyərlərimizin inkişafı üçün böyük xidmətlər göstərmişdir. Bu danılmaz bir həqiqətdir ki, onun hakimiyyəti illərində mədəniyyətimiz sürətlə inkişaf etdi, milli ruh özünə qayıtdı. Zəmanəmizin görkəmli görkəmli dövlət xadimi kimi tanınan Heydər Əliyev mənalı ömrünü dövlətçiliyimizin, mədəniyyətimizin  və incəsənətimizin çiçəklənməsinə həsr etmişdir.

    Heydər Əliyevin mədəniyyət siyasəti bu gün hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən çox ləyaqətlə davam etdirilir, Azərbaycanda Heydər Əliyevin mədəniyyətimizin inkişafı ilə bağlı ideyaları davamlı olaraq həyata keçirilir. Azərbaycanda mədəniyyyətin müxtəlif sahələr – teatr, kino, kitabxana və muzey işinin inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları ölkəmizdə mədəniyyətin tərəqqisinə yeni stimul yaratmışdır.Ulu Öndərin siyasi kursuna sadiq olan hörmətli Prezidentimiz İlham Əliyev bu sahədə islahatların daha da  sürətlənməsini təmin etmiş, Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiya edilməsinə böyük imkan yaratmışdır. ”Xalqımızı xalq kimi, millət kimi qoruyub saxlayan bizim ənənələrimiz olub, ədəbiyyatımız, ana dilimiz və mədəniyyətimiz olubdur. Mədəniyyət, ədəbiyyat, milli musiqi, ana dilimiz, tarixi keçmişimiz – biz bu sahələrə böyük diqqət yetirməliyik” deyən hörmətli prezidentimiz İlham Əliyev mədəniyyətimiz və incəsənətin inkişafını həmişə prioritet sahə kimi diqqət mərkəzində saxlamış, bu dövrədək xeyli mədəniyyət obyektləri inşa edilmiş, neçə-neçə teatrlar, kitabxanalar, muzeylər və s. əsaslı təmir olunmuş, onlar bu gün əhalinin əsl mədəni istirahət mərkəzlərinə çevrilmişdir. Bunların hamısı cənab Prezidentin sərəncamları ilə reallaşdırılır.

   Azərbaycanın bütün bölgələrində olduğu kimi Gəncə şəhərində də tikinti-quruculuq, abadlıq işləri xüsusi zövqlə və peşəkarlıqla aparılır. Son bir neçə ildə bu qədim şəhərdə memarlığın mükəmməl nümunləri tikilib istifadəyə verilmişdir. Ölkə başçısının sərəncamı ilə Gəncə şəhərində çoxlu sayda mədəniyyət obyektlərinin tikintisi geniş vüsət almış, Gəncə şəhəri zəngin və inkişaf etmiş mədəniyyət diyarına çevrilmişdir.

   Digər sahələrdə olduğu kimi, Azərbaycanın yaradıcı mədəniyyət və incəsənət xadimlərinin fəxri adlarla, orden və medallarla təltif edilməsi möhtərəm prezidentimiz İlham Əliyev olmaqla dövlətimizin mədəniyyət işçilərinə və eyni zamanda mədəniyyətimizin inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

   Digər sahələrlə yanaşı mədəniyyət siyasətində əldə edilmiş mühüm nailiyyətlər ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsinə, mədəniyyətimizin tərəqqisinə zəmin və şərait yaradır. Bu amil həmçinin, mədəniyyət sahəsində inkişafın təmin edilməsində çox vacib rol oynamış, uğura doğru yeni perspektivlərə yol açmışdır.

   Heydər Əliyevin mədəniyyət siyasətinin reallaşması işində bu gün onun adını şərəflə daşıyan Fondun böyük xidmətləri vardır. Milli-mənəvi dəyərlərimizə qayğı, onların qorunması və təbliğində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir. Fondun muğam sənətinin inkişafına, Azərbaycan mədəniyyətinin dünyada tanınmasına, milli-məvi dəyərlərimizin təbliğinə həsr etdiyi davamlı tədbirlər olduqca əhəmiyyətlidir. Bunlar Heydər Əliyev ideyalarından güc alan dövlət başçımızın həyata keçirdiyi mədəniyyət siyasətinin real nəticələridir.

Aynur Şixiyeva, Gəncə şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.