1-9-cu siniflərin dərslik kitabları yeniləcək

Azərbaycanda 1-9-cu siniflərin dərslik kitabları yeniləcək.

Məktəbəhazırlıq qruplarından tutmuş buraxılış siniflərinə qədər dərs vəsaitlərinin istehsalı 12 milyon 740 min manata başa gələcək. 

Məktəbəhazırlıq qrupları üçün “Məktəbə hazırlaşırıq” adlı dərsliyindən Azərbaycan və rus dilində istehsalına 689 min manat vəsait sərf olunacaq.

Bildirilir ki, 1-2-ci siniflər üzrə dərsliklərin istehsalına 3 milyon 275 min manat, 3-4-cü siniflər üzrə dərsliklərin istehsalına 649 min manat, 5-6-cı siniflər üzrə kiçik və böyük ölçülü dərsliklərin istehsalına 3 milyon 726 min manat, 7-9-cü siniflər üzrə kiçik və böyük ölçülü dərsliklərin istehsalına 3 milyon manata yaxın, 10-11-ci siniflər üzrə kiçik və böyük ölçülü dərsliklərin istehsalına isə 1 milyon 400 min manat vəsait sərf olunacaq.

Eləcə də dövlət peşə təhsili müəssisələri üçün dərsliklərin istehsalı isə 475 min manata başa gələcək.

Nazirlik qeyd olunan dərsliklərin istehsalı ilə bağlı bir neçə nəşriyyat və poliqrafiya şirkəti ilə ümumi dəyəri 12 milyon 740 manat olan müqavilələr bağlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.