İstərdik bizi düzgün başa düşsünlər – Biz heç kimin düşməni deyilik. Sadəcə, yazıb-yaratmaq istəyirik. İstəyirik ki, əməyimiz öz qiymətini alsın. Ev yıxmırıq, kəndlər-şəhərlər viran qoymuruq, sadəcə qəhrəmanlarımız, təlim-tərbiyə haqqında kitablar hazırlayırıq, bunun üçün cəmiyyətə ünvanlanan çoxlu sayda müraciətlərimiz vardır. Heyf ki, bu müraciətlərə məhəl qoyan yoxdur, sanki bizi cəmiyyət üçün düşmən elan ediblər. Cəmiyyət də bir cəmiyyət ola…
Yazdığımız, ifşa elədiyimiz insanlar “oturduğumuz yerdə” haqqımızı pozanlar, bizə bilərəkdən pisliklər edənlər, həyatımızı korlamağa çalışan, çox vaxt isə sadəcə buna nail olanlardır. Bəs belə halda biz nə etməliyik? Dərdimizi kimə deməliyik?
Bir də axı bunlar belə şeyləri kimə və nəyə arxalanıb edirlər? Söz oxucularındır.
Gəncə şəhər Nizami bələdiyyəsinin sədri Qoşqar Məmmədova
Müraciət
Hörmətli Qoşqar müəllim!
Bu məktubu ürək ağrısı ilə yazırıq. Düşünürük ki, nümunəvi vətəndaş şüuruna malik insan olsaydınız biz sizinlə yalnız fəxr edərdik. Amma, bu belə deyildir.
Aylar ərzində düşüncələrimiz yalnız sizin bizə və qəhrəmanlarla bağlı ədəbiyyata olan münasibətinizi analiz etməyə həsr olunub. Hesab edirik ki, bizi ələ salmısınız, humanizm sizin üçün yalnız şarmdır, siz sadəcə yazarlar üçün xeyirli işlər görməyə qabil deyilsiniz, üzdə göstərilən işlər də bəlkə də yalnız reklam xarakterlidir və bizi aldatmağa fokuslanıb. Əks təqdirdə biz aylar ərzində tərəfinizdən ələ salınmazdıq. Seçki kompaniyası çərçivəsində çəkdirdiyiniz video çarxda müəllifi olduğum kitaba sponsorluq etdiyiniz səsləndirilmişdi. YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanovun otağında onun yanında dediyim kimi sizin təmsil etdiyiniz bələdiyyənin bu əməli bizim üçün əxlaqsızlıq və vicdansızlıqdır və bütün qanunların tapdanmasıdır.. Bu olayla bağlı fikirlərimiz hələ də dəyişməyib.
Həmin vaxt abrımıza bükülüb sizin əməlinizi ictimailəşdirmədik, məhkəməyə də müraciət etmədik. Düşündük ki, bu, bəlkə də şüurlu surətdə edilməyib, bilməməzlikdən baş verib. YAP sədrinin bizə olan etimadı və hörmətini nəzərə alıb sizi məhkəməyə vermədik. İsrarla bu söhbətimizin gizli qalmasını xahiş etdiniz. Bir səhvdir olub, dediniz. Həmin vaxt könlümüzü almaq üçün siz bu kitaba sponsorluq etmək istəyinizi bildirdiniz. Təklifinizi qəbul etmək istəmirdik. Bilirdik ki, onsuz da bu fikir nə ilə sonlanacaq. Amma jurnalist marağımız bunu sonacan izlmək üçün bizə səbr verdi. Sonrakı əməlləriniz isə sizin fırıdaqçı, yalançı olduğunuzu bizə bir daha sübut etdi. Fırıldaq- sizin guya ki, “Qalib əsgərin hekayəti” kitabına sponsorluq etdiyinizi başqa birisinin dilindən video çarxda səsləndirmək, yalançılıq isə – sizin guya həqiqətən də bu kitabın dərcinə sponsorluq istəyinizin dilə gətirilməsidir. Artıq bunun üstündən yarım ilə yaxın vaxt keçib. Sizin yalanlarınızdan bezmişik.Yəqin ki, digər işlərdə də beləsiniz. Qəhrəmanları və qəhrəmanlığı təbliğ edən bir yazarla belə davranış, yalnız bizə ürəyində yaxşı heç bir istəyin olmadığı şəxsə məxsus ola bilər.
Əlbəttə siz özünüzü təhqir olunmuş hesab edə bilərsiniz. Amma bu aldadılmış, alçaldılmış, ələ salınmış bir qeyrətli vətən övladının sizə bəslədiyi hisslərin təzahürüdür. “Nə tökmüsünüz aşınıza, o da çıxıb qaşığınıza”. Biz də növbəmizdə özümüzü təhqir və alçaldılmış hesab edirik.
Bu məktubu sizə rəsmi blankda göndərmək istəmirdik. “Resmi gonderin Nizami Belediyyesine bizde cavab verek”.-yazaraq özünüz bizi bu işə təhrik etdiniz.
Məktub məhkəmə predmeti olsa da, onu ictimailəşdirmək zorundayıq.
Ruhulla Zahidov, yazıçı-jurnalist,
Etmtv. news təhsil portalının təsisçisi və baş redaktoru.