Məktəb idarəçiliyində qadınlar, yoxsa kişilər çoxdur? – STATİSTİKA
Son günlərin gündəmində yer alan direktorların işdən çıxarılması məsələsi hələ də aktuallığını qoruyur. Müşahidələr göstərir ki, son aylarda vəzifəsindən azad edilən məktəb direktorları arasında qadınların sayı nəzərəçarpacaq dərəcədə çoxdur.
Bu isə haqlı olaraq cəmiyyətdə suallar doğurur: Azərbaycanda ümumi təhsil müəssisələrində fəaliyyət göstərən qadın və kişi direktorların nisbəti necədir?
Etmtv.news xəbər verir ki, azEdu.az məsələ ilə bağlı Dövlət Statistika Komitəsinə sorğu ünvanlayıb.
Sorğuya cavab olaraq bildirilib ki, 2024/2025-ci tədris ilinin əvvəlində ölkənin ümumi təhsil müəssisələrində fəaliyyət göstərən qadın direktorların sayı 1517 nəfər, kişi direktorların sayı isə 2116 nəfərdir.