Amerikalı mütəxəssis uşaq inkişafı mütəxəssislərinə təlim keçib

Gəncə və ətraf regionlardan olan uşaq inkişafı mütəxəssislərinin bilik və bacarıqlarının artırılması məqsədilə keçirilmiş növbəti təlim Amerikalı mütəxəssis Tammie Lenert tərəfindən aparılıb.

Təlimdə Autizm Sindromu Pozğunluqlarında əlaqəyə əsaslanmış qiymətləndirmə üçün yeni terminologiya, qiymətləndirmənin dörd əsas sahəsi, Autizm Sindromu Pozğunluğu olan uşaq və onun valideyni ilə canlı qiymətləndirmə, uşaq/valideyn qiymətləndirməsinin analizi və fikirlər, qeyri-verbal ünsiyyət şərtləri və tətbiqi/praktikası  kimi mövzular müzakirə edilib.

İştirakçılar arasında uşaq inkişafı mütəxəssislər işlədikləri uşaqlarla necə münasibət qurmaları yollarını öyrənməyə imkan yaradan canlı qiymətləndirmə xüsusi maraq doğurub. Bu tək onlar üçün deyil, həm də valideynlər üçün yararlı olacaq. Belə ki, mütəxəssislər valideynlərə evdə uşaqları ilə düzgün münasibət və ünsiyyətə girmə yönündə məsləhətlər verəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.