Gəncədə böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin xatirəsi anılıb

Əməkdar elm xadimi, yazıçı-alim Mir Cəlal Paşayevin anadan olmasının 117 ili tamam olması münasibəti ilə Milli Aviasiya Akademiyasının (MAA) təşkilatçılığı ilə Gəncədə yaradıcılıq gecəsi keçirilib.

XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin adını daşıyan ev muzeyində keçirilən tədbirdə şəhər rəsmiləri, ictimai xadimlər və tələbələr iştirak ediblər.

Tədbirin açılışında çıxış edən Milli Aviasiya Akademiyasının (MAA) Birinci prorektoru, professor Ədalət Səmədov Mir Cəlal fəlsəfəsini, onun humanizm ənənələrini bu gün də yaşadan və uğurla davam etdirən akademik, MAA-nın rektoru Arif Paşayevin salamlarını tədbir iştirakçılarına çatdırıb. O bildirib ki, Mir Cəlal Paşayevin çoxşaxəli yaradıcılığı nəinki müasirlərinə, özündən sonra gələn nəsillərə də örnəkdir. Təsadüfi deyil ki, bu gün təkcə Azərbaycanda deyil, onun sərhədlərindən kənarda da görkəmli ədibin həyat və yaradıcılığı geniş şəkildə öyrənilir və əsərləri çap olunaraq maraqla oxunur.

Çıxış edən Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov deyib ki, Mir Cəlal Paşayev Azərbaycan elm və təhsilinin, ədəbi məktəblərinin inkişafına, sovet ideologiyası dövründə nə qədər çətin də olsa, milli dəyərlərin, adət-ənənələrin qorunmasına çalışmış, gəncləri savadlı və vətənpərvər olmağa sövq edib. O, “Bir gəncin manifesti”, “Füzulinin poetik xüsusiyyətləri”, “Dirilən adam”, “Bostan oğrusu”, “Gözün aydın” kimi məşhur əsərlərində müasir dövrün çağırışlarını əks etdirib. Ona görə bu gün də Azərbaycanın orta və ali təhsil müəssisələrində Mir Cəlal irsi sevə-sevə öyrənilir.

Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov diqqətə çatdırıb ki, qədimliyi ilə müasirliyi özündə cəmləşdirən və bu gün günü-gündən gözəlləşən Gəncə şəhərinin ruhunda Mir Cəlal izi var.

AMEA-nın müxbir üzvü, Riyaziyyat və mexanika İnstitunun direktoru Misir Mərdanov da çıxış edərək deyib ki , böyük alim Mir Cəlal Paşayev həm də yüksək insani keyfiyyətləri ilə nurlu şəxsiyyətlərdən biri kimi xalqımızın yaddaşında özünə əbədiyaşarlıq qazanıb.

Xalq şairi Nəriman Həsənzadə öz sevimli müəllimi haqqında xoş xatirələrini səsləndirib. O, son dövrlərdə çapdan çıxmış “İllər, pillələr və talelər” , “Xəlvətdə yanan şam” kitablarında da xoş xatirələrini oxucuları ilə bölüşdüyün deyib.

Çıxış edən MAA-nın rektor köməkçisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Gülnarə Əhmədova bildirib ki, illər ötdükcə Mir Cəlal Paşayevin təkcə elmi irsi tədqiq edilmir, onun həm də xeyirxahlığı, böyük və əlçatmaz müəllimliyi, bəşəriliyi heyranlıqla qarşılanır və sevilə-sevilə qəlblərdə özünə ucalıq abidəsi qurur. Ədibin bu zirvədəki yeri daim qalacaq və onun mərhəmət sevgisi dünya durduqca yaşayacaq.

Sonda Milli Aviasiya Akademiyasının tələbələrinin hazırladığı şeir nümunələri səsləndirilib, bədii kompozisiyalar nümayiş olunub. Həmçinin, Mir Cəlal Paşayevin və dövrünün görkəmli şair və yazçılarının əsərləri təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.