ADAU tələbələri real iş mühitində

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) sonuncu kurs tələbələri 2025-ci ilin yaz semestrində tədris planına uyğun olaraq müxtəlif ixtisaslar üzrə istehsalat təcrübəsi keçirlər. Təcrübələr ölkəmizin bir sıra şəhər və rayonlarında, həmçinin xarici ölkədə fəaliyyət göstərən qabaqcıl müəssisə və təşkilatlarda təşkil olunub.

Təcrübə proqramı çərçivəsində tələbələr balıqçılıq, torpaqşünaslıq və aqrokimya, elektrik və elektronika mühəndisliyi, yerquruluşu və daşınmaz əmlakın kadastrı, baytarlıq təbabəti və əczaçılıq kimi ixtisaslar üzrə praktiki bacarıqlarını artırmaq imkanı əldə ediblər.

ADAU tələbələri Bakı, Gəncə, Şəmkir, Bərdə, Yevlax və Mingəçevir şəhərlərində fəaliyyət göstərən aqrar, baytarlıq, enerji, torpaq idarəçiliyi və laboratoriya xidmətləri göstərən müəssisələrdə təcrübə keçərək ixtisaslarına uyğun real iş prosesinə cəlb olunublar.

Beynəlxalq əməkdaşlıq çərçivəsində isə “əczaçılıq” ixtisası üzrə təhsil alan tələbələr Türkiyə Cümhuriyyətində yerləşən Sütçü İmam Universitetində istehsalat təcrübəsi keçərək beynəlxalq səviyyədə peşə bacarıqlarını inkişaf etdiriblər.

ADAU tələbələri real iş mühitində
ADAU tələbələri real iş mühitində
ADAU tələbələri real iş mühitində
ADAU tələbələri real iş mühitində
ADAU tələbələri real iş mühitində
ADAU tələbələri real iş mühitində
ADAU tələbələri real iş mühitində
ADAU tələbələri real iş mühitində
ADAU tələbələri real iş mühitində
ADAU tələbələri real iş mühitində
ADAU tələbələri real iş mühitində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.