“Maarifçi” tələbə-məzun təcrübə proqramı haqqında onlayn tədbir keçirilib

Elm və Təhsil Naziri Cənab Emin Əmrullayev “Maarifçi” tələbə-məzun təcrübə proqramının davam etdirilməsi, ictimaiyyətdə daha geniş təşviqi və proqramın qiymətləndirilməsinin aparılması məqsədi ilə işçi qrupunun yaradılması ilə bağlı əmr imzalayıb. İşçi qrupunun fəaliyyət planına əsasən, ali təhsil müəssisələrində maarifləndirici sessiyaların keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə Elm və Təhsil Nazirliyinin nümayəndələrinin iştirakı ilə “Maarifçi” tələbə – məzun təcrübə proqramı haqqında onlayn maarifləndirici tədbir keçirilib. Tədbirdə  Gəncə Dövlət Universitetinin bakalavriat təhsil  səviyyəsi üzrə sonuncu kursda və magistratura səviyyəsində təhsil alan tələbələr, eləcə də  qiyabi təhsil alan doktorantlar da iştirak edib. Həmçinin onlayn tədbirə ali təhsil müəssisələrinin Karyera Mərkəzlərinin nümayəndələri, eyni zamanda ictimaiyyətlə əlaqələr üzrə əməkdaşları da cəlb olunub.

   Təqdimatda təcrübə proqramının məqsədi və üstünlükləri iştirakçıların diqqətinə çatdırılıb. Qeyd edilib ki, “Maarifçi” tələbə – məzun təcrübə proqramı tələbə və məzunlara təcrübə imkanı yaratmaq, onların bilik və bacarıqlarını artırmaq, nəzəri biliklərini real iş mühitinə tətbiq etmək,  eləcə də gənclərə peşəkar vərdişlər qazandırmaq məqsədi daşıyır. 

   Tədbirdə nümayiş olunan təqdimat və təcrübə proqramı barədə məlumatlar bütün tələbələrə ötürülüb, eləcə də  iştiarakçıları maraqlandıran suallar cavablandırılıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.