Gəncənin kikboksinqçiləri yüksək nəticələr əldə ediblər

Gəncənin kikboksinqçiləri yüksək nəticələr əldə ediblər

29-30 Mart 2025-ci il tarixində Azərbaycan Kikboksinq Federasiyasının “Bakı” həvəskər və peşəkar kikboksinq idman klubunun açıq birinciliyi keçirilib. Nizami yurdundan sözügedən yarışa 22 idmançı qatılıb. Gəncəli idmançılar uğurlu nəticələr əldə ediblər. Belə ki, 8 idmancı birinci yer, 3 idmancı ikinci yer, 5 idmancı isə üçüncü yerə sahib olublar.

Ümumi medal sayına görə isə “Sensey” idman klubu komanda kubokunu qazanıb.

Tataminin baş hakim qismində Gəncənin yetirməsi Əməkdar məşqci, Beynalxalq dərəcəli hakim, Reqion hakimlər komitəsinin sədri, Qərb regionunun nümayindəsi Anar Məmmədov yarışı idarə edib

Bakı şəhərində açıq birincilikdə dəqiq və qüsursuz hakimliyə görə Region hakimlər komitəsinin üzvü Elcan Cəfərov ən yaxşı hakim seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.