Bu müəllimlər sertifikasiya imtahanında iştirak edə BİLMƏYƏCƏK

Hamilələr, üç yaşa qədər uşağı olduğu üçün sosial məzuniyyətdən qayıtdıqdan sonra bir illik pedaqoji fəaliyyətini tamamlamış müəllimlər, müddətli əsaslarla işləyənlər, çalışma yaş həddinə çatmış müəllimlər və indiyə qədər üç dəfə sertifikasiyadan keçmiş müəllimlər növbəti sertifikasiya imtahanlarında iştirak edə bilməzlər.

Etmtv.news xəbər verir ki, bunu Təhsil İnstitutunun şöbə müdiri Muxtar Hacıyev bildirib.

Onun sözlərinə görə, 60 yaşdan yuxarı müəllimlər üçün sertifikasiyadan imtahanı könüllüdür.

“Üç illik pedaqoji fəaliyyətini tamamlamış və çalışma yaş həddinə çatmamış bütün müəllimlər sertifikasiya imtahanından keçəcəklər”, – deyə M.Hacıyev bildirib.

Xatırladaq ki, növbəti sertifikasiya imtahanları kimya, biologiya, coğrafiya, fizika və informatika müəllimlərini əhatə edəcək

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.