Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçiriləcək

20 aprel tarixində Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi (KBRM) keçiriləcək

Etmtv.news xəbər verir ki, bubarədə Azərbaycan Respublikasının Təhsil İnustutu FB-səhvəsində paylaşım edib.

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi hər il dünyanın 100-dən çox ölkəsində milyonlarla şagirdin iştirakı ilə təşkil olunur. Uzun illərdir ki, ölkəmizdə keçirilən və “Əylənirik, öyrənirik, həll edirik” prinsipini əsas tutan müsabiqədə şagirdlərə müxtəlif maraqlı, əyləncəli tapşırıqlar təqdim edilir.

Müsabiqənin qeydiyyatı 4 mart tarixindən etibarən aktiv edilib. Müsabiqədə iştirak etmək istəyən şagirdlər http://kenquru-2025.az/ saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatla bağlı yaranan çətinliklə əlaqədar aşağıdakı nömrələrlə əlaqə saxlamağınız xahiş olunur:

Əlaqə nömrələri: 0553848631 / 0503280532

Müsabiqənin keçirilməsində əsas məqsəd dünyanın müxtəlif ölkələrindən olan riyaziyyat müəllimlərinin hazırladıqları tapşırıqlar vasitəsi ilə şagirdlərin yaşlarına uyğun sağlam rəqabət mühitində riyazi billiklərinin yoxlanılmasına imkan yaratmaqdan ibarətdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.