Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 44 günlük Vətən müharibəsində şəhid olan Əliyev Mərhab Şikar oğlunun anası Almaz Əliyevanın yas mərasimində iştirak edib. Mərasimə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları da qatılıblar.
Rəsmilər mərhumun ailə üzvlərinə başsağlığı verib, Allahdan səbr diləyiblər.
Qeyd edək ki, Azərbaycan Ordusunun kiçik çavuşu olan Mərhab Əliyev Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 15 oktyabr 2020-ci ildə şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq, ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
![Niyazi Bayramov Vətən müharibəsi şəhidinin anasının yas mərasimində iştirak edib](https://ganja-ih.gov.az/storage/img/news/thumbs/b72d2221999edf73399f6bd49e5e5fa1.jpeg)