Kolleclərdə “Müəllimlik” ixtisası LƏĞV EDİLİR

Kolleclərdə “Müəllimlik” ixtisası tədricən ləğv ediləcək.

Etmtv.news xəbər verir ki, bunu AzTV-yə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Nazirin sözlərinə görə, bu addım müəllimlik peşəsində rəqabətliliyi artıracaq.

“Kolleclərdə bəzi fənlər üzrə hazırlıq onsuz da aparılmırdı. Məsələn, kimya, fizika, biologiya və riyaziyyat müəllimləri ali təhsil müəssisələrində hazırlanır. Kolleclərdə isə, əsasən, ibtidai sinif, musiqi, təsviri incəsənət və digər fənn müəllimləri hazırlanır”, – deyə nazir qeyd edib.

O bildirib ki, kolleclərdə, əsasən, ibtidai sinif və məktəbəqədər təhsil üzrə müəllim hazırlığı məhdudlaşdırılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.