Gəncədə “Yeniyetmə və gəncləri radikalizmdən qoruyaq” mövzusunda tədbir təşkil olunub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsi və Gəncə Dövlət Aqrar Kollecinin birgə təşkilatçılığı ilə “Yeniyetmə və gəncləri radikalizmdən qoruyaq” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinin müdiri vəzifəsini icra edən Həsən Məmmədov, kollecin direktoru Fəqan Ağayev və tələbələr iştirak ediblər.

Çıxışlarda dini radikalizmin mahiyyəti, dini ekstremizmin yaranmasının səbəbləri və onun ağır fəsadları barədə məlumat verilib. Qeyd olunub ki, yeniyetmə və gənclərin dini radikalizm və ekstremizmin təsirlərindən uzaq, milli-mənəvi dəyərlərimizə sadiq ruhda yetişdirilməsi olduqca vacibdir. 

Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.

Gəncədə “Yeniyetmə və gəncləri radikalizmdən qoruyaq” mövzusunda tədbir təşkil olunub
Gəncədə “Yeniyetmə və gəncləri radikalizmdən qoruyaq” mövzusunda tədbir təşkil olunub
Gəncədə “Yeniyetmə və gəncləri radikalizmdən qoruyaq” mövzusunda tədbir təşkil olunub
Gəncədə “Yeniyetmə və gəncləri radikalizmdən qoruyaq” mövzusunda tədbir təşkil olunub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.