Gəncədə Ulu Öndər Heydər Əliyevin anım günü dərin ehtiramla yad edilib

Gəncədə Ulu Öndər Heydər Əliyevin anım günü dərin ehtiramla yad edilib

12 Dekabr – müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın və dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Bununla əlaqədar olaraq, Ulu Öndərin şəhərin Mərkəzi meydanındakı və Heydər Əliyev Mərkəzinin önündəki abidəsi ziyarət olunub.

Belə ki, Gəncə şəhərində fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, mədəniyyət, ali və orta təhsil müəssisələrinin, idarə və təşkilatların rəhbərləri kollektivləri ilə birlikdə, o cümlədən şəhid ailələri, müharibə iştirakçıları və şəhər sakinləri gün ərzində Ulu Öndərin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüb, xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.