M. M. Abbaszadə adına 20 nömrəli məktəbdə Zəfər Günü münasibətilə “Yaşa Azərbaycan!” adlı tədbir keçirilib


Gəncə şəhəri M. M. Abbaszadə adına 20 nömrəli orta məktəbdə 8 Noyabr – Zəfər Günü münasibətilə vətənpərvərlik ruhunu yaşadan “Yaşa Azərbaycan!” adlı tədbir keçirilib. Tədbirdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndəsi, məktəbin direktoru, müəllim və şagird heyəti ilə yanaşı, şəhid anaları və qazilər də iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbir “Çırpınırdı Qara dəniz” mahnısının səslənməsi ilə davam edib. Şagirdlərin yüksək vətənpərvərlik ruhunda səhnələşdirilmiş çıxışları və rəqsləri iştirakçılara unudulmaz anlar yaşadıb və tədbirə xüsusi rəng qatıb.

Tədbirin sonunda Vətən müharibəsində qəhrəmancasına vuruşan qazilərimizə xüsusi ehtiram göstərilib. Məktəb rəhbərliyi qazilərimizi göstərdikləri igidliyə görə sertifikatlarla təltif edərək onların vətən qarşısında olan əvəzsiz xidmətlərini vurğulayıb.

One Comment on “M. M. Abbaszadə adına 20 nömrəli məktəbdə Zəfər Günü münasibətilə “Yaşa Azərbaycan!” adlı tədbir keçirilib”

  1. Zəfər bayrami münasibətilə 20 nömrəli məktəbdə keçirilən tədbir doğurdanda çox möhtəşəm keçdi.Bu tədbir 4ul bundan qaba 44gunluk müharibəni,xalqın birliyini həmrəyliyini,şəhidlərimi qazilərinin əzmkarligini bir daha bizlərə yaşatdı.Çox sag olun Mehriban müəllimə məktəbin müəllim və şagird kollektivi,və təbii ki valideynlərimiz.Bayramimiz mübarək

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.