Məzunlardan diplom üçün pul alan müdir işdən çıxarıldı

Sosial şəbəkələrdə Gəncə Dövlət Universitetinin tələbələrindən diplomlarını götürmələri üçün pul tələb edilməsi ilə bağlı görüntülər yayılıb.

Universitet görüntülərlə bağlı açıqlama yayıb.

Açıqlamada bildirilib ki, görüntülərdə tələbələrdən pul tələb edən şəxs cəzalandırılıb: “Gəncə Dövlət Universitetinin Tələbələrin Qeydiyyatı və Dövlət Nümunəli Sənədlərlə İş Sektorunun müdiri Qüdrət İlyas oğlu Verdiyev işində verdiyi ciddi nöqsanlara görə 30 sentyabr 2024-cü il tarixdə tutduğu vəzifədən azad olunub”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.