Samuxda ilk dəfə ərik festivalı keçirilib

Samux Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda ilk dəfə ərik festivalı keçirilib.
2023-cü ildə rayon ərazisində 2333 hektar meyvə bağları mövcud olub ki, bunun 15,5 faizini ərik bağları təşkil edib. Ərik bağlarının 28,3 hektarı kənd təsərrüfatı, 333,4 hektarı isə əhali təsərrüfatlarının payına düşür. Bar verən yaşda 200.3 hektar ərik bağları mövcud olub və bu bağlardan 1301,9 ton məhsul yığılıb. Məhsuldarlıq hər hektardan 6,5 ton olub.
Festivalda Samux rayon İcra hakimiyyətinin başçısı Firdovsi Əliyev, rayon ictimaiyyətinin , çoxsaylı təşkilatların , rayon ərazisində yerləşən məktəblərin nümayəndələri və ətraf şəhər və rayonlardan gələn qonaqlar iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Samux şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Samux Şəhidləri Abidə Kompleksini ziyarət edən qonaqlar torpaqlarımızın azadlığı uğrunda canından keçən vətən oğullarını ehtiramla anıblar.
Daha sonra iştirakçılar Heydər Əliyev mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinə dair fotostendlərlə tanış olub, dahi şəxsiyyətin Samux rayonuna səfərləri və rayon sakinləri ilə keçirdiyi görüşləri əks etdirən fotolara baxıblar.
Festivalda bir çox şirkətlər öz məhsullarını nümayiş etdirmişlər.
Açılan yarmarkada iştirakçılar əriyin bir çox növləri ilə yaxından tanış olmuşlar və onlardan dadmışlar.
Festival iştirakçıları belə tədbirlərin gələcəkdə də keçirilməsinin vacibliyini vurğulamışlar.
Rəsmi hissədən sonra Samux rayonunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş geniş bayram konserti təşkil olunub. Bayram konsertinə möhtəşəm atəşfəşanlıqla yekun vurulub.
Festivaldan hazırlanmış foto və videoları sizlərə təqdim edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.