Gəncədə “Şagird təhlükəsizliyi” mövzusunda maarifləndirici görüş keçirilib

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə “Şagird təhlükəsizliyi” mövzusunda maarifləndirici görüş keçirilib.

Görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin İctimai – siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Yusif Əliyev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Gəncə Şəhər Baş Polis İdarəsinin YYÇPİTB-nin rəisi Elnar Sayadov, Gəncə Şəhər Baş Polis İdarəsinin baş inspektoru Sənan Verdiyev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin baş məsləhətçisi Nofəl Fərzəliyev iştirak ediblər.

Görüşün keçirilməsində məqsəd uşaq və yeniyetmələrin həyat və sağlamlığının müdafiəsini təmin etmək, onları bu istiqamətdə məlumatlandırmaq olub. Görüş müddətində şagirdlərlə psixoloji söhbətlər aparılıb, onlara əhlükəsiz davranış vərdişlərinin aşılanması barədə ətraflı məlumat verilib.

Gəncədə “Şagird təhlükəsizliyi” mövzusunda maarifləndirici görüş keçirilib
Gəncədə “Şagird təhlükəsizliyi” mövzusunda maarifləndirici görüş keçirilib
Gəncədə “Şagird təhlükəsizliyi” mövzusunda maarifləndirici görüş keçirilib
Gəncədə “Şagird təhlükəsizliyi” mövzusunda maarifləndirici görüş keçirilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.